12px13px15px17px
Tarix:24/07/12

Abituriyentlər öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə biləcək

2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə  I ixtisas qrupu üzrə iyulun 20-də keçirilmiş qəbul imtahanının nəticələri iyulun 23-də saat 18:30-dan etibarən TQDK-nın internet saytında  yerləşdirilir. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə biləcək.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə TQDK-nın məlumatında deyilir.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727  nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər. 

I ixtisas qrupu üzrə imtahanda  iştirak edən 32034 abituriyentdən 44 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib. Test imtahanının nəticəsinə əsasən 11256 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.  

İxtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. 

CAHANGİR




Baxış sayı: 1772

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Oktyabr 2021

27 10 2021