Tarix:24/07/12
“ICTnews” elektron xəbər xidmətinə Gənclər və İdman Nazirliyindən bildirilib ki, sözügedən layihə bu ilin iyul ayının ortalarından həyata keçirilir. Layihə çərçivəsində Lənkəran və Mingəçevir şəhərlərində universitet, kollec və məktəblərdə yeniyetmə və gənclər arasında fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında geniş biliyin verilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçiriləcək.
Onlar arasında “Tarixdə baş vermiş qəza və fəlakətlər”, “Təbii mənşəli fövqəladə hallar”, “Texnogen mənşəli fövqəladə hallar”, “Fövqəladə hallarda bunları bilmək vacibdir”, “Təhlükəsizlik qaydaları” kimi mövzular tədris ediləcək: “Həmin tədris müəssisələrində təhsil alan daha çox sayda yeniyetmə və gənclərə fövqəladə hallarda təhlükəsizlik tədbirləri barədə ətraflı məlumatın verilməsi üçün mövzuya uyğun müvafiq sayda “Təlim Vəsaiti” və “Yaddaş Bukleti” qeyd olunan təhsil müəssisələrinin kitabxanalarına hədiyyə ediləcək.
Həmçinin xüsusi hazırlanan təlim vəsaitlərinin elektron formada disklərə yerləşdirilməsi və onların hər bir belə təhsil müəssisələrinin kompyuter otaqlarına verilməsi fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında məlumatın daha geniş auditoriyaya yayılmasına müsbət təsir göstərəcək”.
Layihənin icrası zamanı təlimlərdə iştirak etmiş dinləyicilərin yerlərdəki müvafiq təşkilat və müəssisələrə səfərlərin təşkili nəzədə tutulub. Həmin səfərlərin məqsədi təşkilat və müəssisələrdə təhlükəsizlik qaydalarına riayət olunmasının səviyyəsini öyrənmək, fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında məlumatın tətbiqini müşahidə etməkdir.
Seçilən dinləyicilər üçün təlimlərdən sonra praktiki hissə də nəzərdə tutulub. Bu zaman onlar öz şəhərlərində yaşadıqları icmalara səfərlər edəcək, orada əhali arasında fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında geniş biliyin verilməsi fəaliyyətini icra edəcəklər
. Bununla da əldə etdikləri bilikləri daha geniş auditoriyaya yaymaq imkanı yaranacaq.
Nazirlikdən qeyd edilib ki, layihə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq tədbirlər planında (6.5. Gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması bəndinin 6.5.9. Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi yarımbəndi) nəzərdə tutulan fəaliyyətlərin icrasına yönəlib. Layihə 2012-ci ilin noyabr ayında başa çatacaq.
HƏQİQƏT
Gənclər üçün fövqəladə hallarla bağlı təlim vəsaitləri elektronlaşdırılacaq
Gənclər üçün fövqəladə hallarla bağlı təlim vəsaitləri elektronlaşdırılacaq. Bu işlər Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayan və Azərbaycan Gənclər İttifaqı tərəfindən təşkil olunan “Regionlardakı gənclər arasında fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında biliklərin verilməsi” layihəsi çərçivəsində reallaşacaq.“ICTnews” elektron xəbər xidmətinə Gənclər və İdman Nazirliyindən bildirilib ki, sözügedən layihə bu ilin iyul ayının ortalarından həyata keçirilir. Layihə çərçivəsində Lənkəran və Mingəçevir şəhərlərində universitet, kollec və məktəblərdə yeniyetmə və gənclər arasında fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında geniş biliyin verilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçiriləcək.
Onlar arasında “Tarixdə baş vermiş qəza və fəlakətlər”, “Təbii mənşəli fövqəladə hallar”, “Texnogen mənşəli fövqəladə hallar”, “Fövqəladə hallarda bunları bilmək vacibdir”, “Təhlükəsizlik qaydaları” kimi mövzular tədris ediləcək: “Həmin tədris müəssisələrində təhsil alan daha çox sayda yeniyetmə və gənclərə fövqəladə hallarda təhlükəsizlik tədbirləri barədə ətraflı məlumatın verilməsi üçün mövzuya uyğun müvafiq sayda “Təlim Vəsaiti” və “Yaddaş Bukleti” qeyd olunan təhsil müəssisələrinin kitabxanalarına hədiyyə ediləcək.
Həmçinin xüsusi hazırlanan təlim vəsaitlərinin elektron formada disklərə yerləşdirilməsi və onların hər bir belə təhsil müəssisələrinin kompyuter otaqlarına verilməsi fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında məlumatın daha geniş auditoriyaya yayılmasına müsbət təsir göstərəcək”.
Layihənin icrası zamanı təlimlərdə iştirak etmiş dinləyicilərin yerlərdəki müvafiq təşkilat və müəssisələrə səfərlərin təşkili nəzədə tutulub. Həmin səfərlərin məqsədi təşkilat və müəssisələrdə təhlükəsizlik qaydalarına riayət olunmasının səviyyəsini öyrənmək, fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında məlumatın tətbiqini müşahidə etməkdir.
Seçilən dinləyicilər üçün təlimlərdən sonra praktiki hissə də nəzərdə tutulub. Bu zaman onlar öz şəhərlərində yaşadıqları icmalara səfərlər edəcək, orada əhali arasında fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında geniş biliyin verilməsi fəaliyyətini icra edəcəklər
. Bununla da əldə etdikləri bilikləri daha geniş auditoriyaya yaymaq imkanı yaranacaq.
Nazirlikdən qeyd edilib ki, layihə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq tədbirlər planında (6.5. Gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması bəndinin 6.5.9. Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi yarımbəndi) nəzərdə tutulan fəaliyyətlərin icrasına yönəlib. Layihə 2012-ci ilin noyabr ayında başa çatacaq.
HƏQİQƏT
Baxış sayı: 1522
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır