Tarix:24/07/12
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, Azərbaycan gömrükçüləri ilə görüş Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində baş tutub. Nümayəndə heyətinin rəhbəri Robert Peacock bildirib ki, ABŞ Dövlət Departamentinin regional proqramı çərçivəsində mövcud tranzit dəhlizlərin təkmilləşdirilməsi üçün gömrük orqanlarına gömrük nəzarətinin təşkili sahəsində islahatların aparılması və digər əlaqəli məsələlərin həllinə yardımların göstərilməsi nəzərdə tutulur.
“Biz əsasən müvafiq texnologiya ilə təmin olunmağa, o cümlədən, elektron plomblar və GPS izləmə sistemlərinin tətbiqinə və istismarına yardım edirik”, - deyən R.Peacock onu da vurğulayıb ki, bu yeni texnologiyadan istər gömrük xidmətləri, istərsə də özəl qurumlar faydalana bilərlər. Belə ki, həm gömrük orqanları, həm də yükdaşımaları sahəsində fəaliyyət göstərən özəl şirkətlər yüklərin harada olmasını elektron qaydada izləmək imkanı əldə edirlər. Bu, eyni zamanda, gömrük xidmətlərinə gömrük işində şəffaflığı artırmağa da imkan yaradır.
Regionda sözügedən tranzit dəhliz Azərbaycanın Bakı və Gürcüstanın Poti dəniz limanlarını əhatə edir və bu limanlar arasında dəmir yolu vasitəsilə daşımaların təhlükəsizliyi və asanlaşdırılması üçün müasir texnoloji avadanlıqların tətbiqi nəzərdə tutulur.
İlkin mərhələdə həmin sahədə mövcud vəziyyət qiymətləndiriləcək və bu məqsədlə nümayəndə heyəti Azərbaycandan sonra Gürcüstana da səfər edəcək. Hələlik isə bu iş yekunlaşmadığı üçün qiymətləndirmənin nəticələri açıqlanmır.
CAHANGİR
ABŞ Azərbaycanın gömrük orqanlarında yeni texnologiyaların tətbiqinə yardım edəcək
ABŞ Dövlət Departamentinin regional proqramı çərçivəsində mövcud tranzit dəhlizlərin təkmilləşdirilməsinə yardım məqsədilə bu ölkənin nümayəndə heyəti Azərbaycanda səfərdə olub. ABŞ-ın Ədliyyə Departamentinin nümayəndəsi Robert Peacockun rəhbərlik etdiyi nümayəndə heyətinə İxraca Nəzarət və Sərhədlərin Təhlükəsizliyi Proqramının (EXBS) müşaviri Pobert Olson, Ticarətin və Nəqliyyatın Təhlükəsizliyi və Asanlaşdırılması üzrə Məsləhət Qrupunun əməkdaşı Valdas Dovidenas və Miçiqan Universitetinin professoru Robb Klarke daxil olub.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, Azərbaycan gömrükçüləri ilə görüş Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində baş tutub. Nümayəndə heyətinin rəhbəri Robert Peacock bildirib ki, ABŞ Dövlət Departamentinin regional proqramı çərçivəsində mövcud tranzit dəhlizlərin təkmilləşdirilməsi üçün gömrük orqanlarına gömrük nəzarətinin təşkili sahəsində islahatların aparılması və digər əlaqəli məsələlərin həllinə yardımların göstərilməsi nəzərdə tutulur.
“Biz əsasən müvafiq texnologiya ilə təmin olunmağa, o cümlədən, elektron plomblar və GPS izləmə sistemlərinin tətbiqinə və istismarına yardım edirik”, - deyən R.Peacock onu da vurğulayıb ki, bu yeni texnologiyadan istər gömrük xidmətləri, istərsə də özəl qurumlar faydalana bilərlər. Belə ki, həm gömrük orqanları, həm də yükdaşımaları sahəsində fəaliyyət göstərən özəl şirkətlər yüklərin harada olmasını elektron qaydada izləmək imkanı əldə edirlər. Bu, eyni zamanda, gömrük xidmətlərinə gömrük işində şəffaflığı artırmağa da imkan yaradır.
Regionda sözügedən tranzit dəhliz Azərbaycanın Bakı və Gürcüstanın Poti dəniz limanlarını əhatə edir və bu limanlar arasında dəmir yolu vasitəsilə daşımaların təhlükəsizliyi və asanlaşdırılması üçün müasir texnoloji avadanlıqların tətbiqi nəzərdə tutulur.
İlkin mərhələdə həmin sahədə mövcud vəziyyət qiymətləndiriləcək və bu məqsədlə nümayəndə heyəti Azərbaycandan sonra Gürcüstana da səfər edəcək. Hələlik isə bu iş yekunlaşmadığı üçün qiymətləndirmənin nəticələri açıqlanmır.
CAHANGİR
Baxış sayı: 1288
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır