12px13px15px17px
Tarix:24/07/12

Milli elmi informasiya resursları və istinad indeksinin formalaşdırılması problemlərinə həsr olunmuş elmi seminar keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan milli elmi informasiya resursları və istinad indeksi”nin formalaşdırılması mexanizmləri, problemləri, elmi-nəzəri əsasları, beynəlxalq təcrübə və bu istiqamətdə əməkdaşlar tərəfindən əldə olunmuş nailiyyətlərə həsr olunmuş elmi seminar keçirilib.
 
Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev milli elmi informasiya resursları və istinad indeksinin formalaşdırılması mexanizmlərinin işlənməsi istiqamətində araşdırmaların aparılmasının dövrün tələbi olduğunu vurğuladı. Milli istinad indeksini Azərbaycan elminin güzgüsü kimi dəyərləndirən alim qloballaşmanın ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyi qoruyub saxlamaq zəruriyyətini meydana çıxardığını qeyd edib.

Avropaya inteqrasiya prosesinin milli ideologiyaya əsaslanaraq həyata keçirilməsinin vacibliyindən danışib: “Milli ideoloji dəyərlərə cavab verən vahid reyestrin formalaşması dövlətçiliyimizin əsas şərtlərindən olan milliliyimizin qorunmasına xidmət edəcək.

Milli-mənəvi dəyərlər nəsillərin irsi sərvəti olaraq görkəmli alimlərimizin elmi araşdırmaları vasitəsilə bu günə gəlib çatıb. Müasir qloballaşma şəraitində bu dəyərlərin qorunaraq gələcək nəsillərin də mənəvi sərvətinə çevrilməsi üçün bizlər əlimizdən gələni etməli, öz töhfələrimizi verməliyik. Bu taleyüklü məsələ informasiya texnologiyaları mütəxəssisləri qarşısında duran vacib məsələlərdəndir.
 
Hazırda dünyada Tomson Reyters Agentliyi kimi müxtəlif tanınmış reyestrlər mövcuddur. Bu reyestrlər vasitəsilə müəllifin, elmi jurnalın, ölkənin və s. qiymətləndirilməsi prosesi həyata keçirilir. Lakin heç də həmişə bu qiymətləndirmələr ayrı-ayrılıqda ölkələrin milli maraqlarına xidmət etmir. Qloballaşan dünyada ümumbəşəri və milli dəyərlərin vəhdəti ilə hər bir ölkənin milli maraqlarına xidmət edən elmi doktrinanın təmin olunması, qiymətləndirilməsi, elmin səmərəliliyinin artırılması, maliyyələşdirilməsi kimi zəruriyyətlər meydana çıxır”.
 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”da elmi-texniki infrastrukturu modernləşdirmək, elmi innovasiya siyasətinin səmərəsini artırmaq və s. kimi məsələlərin öz əksini tapdığını qeyd edən professor R.Əliquliyev dövlət başçısının alim və mütəxəssislərimizin qarşısında qoyduğu konkret vəzifələrdən söhbət açıb.
 
“Respublikada elmi nəşrlərə qoyulan tələblər” mövzusunda məruzə ilə çıxış edən institutun doktorantı Rəhilə Həsənova Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin qarşısında qoyulan tələblər, respublikada dərc olunmuş elmi jurnalların monitorinqinin keçirilməsi, həmçinin analitik təhlillərin aparılması, jurnalın səviyyəsinin əsas göstəriciləri və s. haqqında məlumat verib.
 
Respublikada dərc olunmuş elmi jurnalların monitorinqinin keçirilməsi və analitik təhlillərin aparılması, elmi nəşrlərə qoyulan tələblərin, həmçinin məqalələrin nəşrində vahid standartların tətbiqi üçün normativ-hüquqi sənədlərin hazırlanması üzrə təkliflərin işlənməsi ilə bağlı maraqlı açıqlamalar verib.
 
Dissertasiya işlərinin avtomatlaşdırılmış ilkin ekspertizası mövzusunda təqdimat edib.
 
“Azərbaycan alimlərinin nəşrlərinin vahid reyestrinin formalaşdırılması prinsiplərinin işlənməsi” mövzusunda məruzə ilə çıxış edən institutun kiçik elmi işçisi Səlminaz Bazayeva vahid reyestrin əsasən elmi nəşrlər haqqında informasiyanın toplanması, sistemləşdirilməsi və yenilənməsi məqsədini daşıdığını bildirib.

Vahid reyestrin “Milli istinad indeksi” sisteminin tərkibində verilənlər bazası və axtarış sisteminin olduğunu nəzərə çatdıran natiq reyestrin strukturu, nəşrlərin biblioqrafik məlumat bazası, reyestrə daxil olan informasiyanın keyfiyyətinin yoxlanılması metodlarını və əsas tələbləri nəzərə çatdırib. Vahid reyestrin elmi jurnalların tam mətnli elektron variantlarının əlyetərliyinə də əhəmiyyətli təsir edəcəyini bildirib.
 
Seminarda çıxış edən alim və mütəxəssislər milli istinad indeksinin əhəmiyyətindən söhbət açiblar, gənc tədqiqatçılara tövsiyələrini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.




Baxış sayı: 2197

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024