12px13px15px17px
Tarix:25/07/12

Ali məktəblərə bütün qruplar üzrə ixtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2012/2013-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçirdiyi qəbul imtahanları davam edir.

Əvvəlcədən tərtib edilmiş qrafikə uyğun olaraq, ali məktəblərə qəbul imtahanları III ixtisas qrupu üzrə  14 iyul, I ixtisas qrupu üzrə 20 iyul, IV ixtisas qrupu üzrə 27 iyul, II ixtisas qrupu üzrə isə 3 avqust tarixi müəyyənləşdirilib.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. “ICTnews” elektron xəbər xidmətinə bu barədə TQDK-dan məlumat verilib.

Komissiyadan bildirilib ki,  tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.  
 
HƏQİQƏT




Baxış sayı: 1587

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024