Tarix:25/07/12
Şirkətin xalis mənfəəti 1 il ərzində 7.3 milyard dollardan 8.8 milyard dollara qədər artıb; 1 səhmin qiyməti 9.32 dollar təşkil edib.
“Apple” korporasiyası rüb ərzində təxminən 17 milyon ədəd “iPad” planşet kompyuteri satıb. Bu, rekorddur. Müqayisə üçün: bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 84 faiz çoxdur. “iPhone” smartfonlarına tələbat 28 faiz artaraq 26 milyon təşkil edib. Şirkət 4 milyon ədəd “Mac” fərdi kompyuteri satıb. “İpod” pleyerlərinin tədarük həcmi 10 faiz azalaraq 6.8 milyon təşkil edib.
“Apple”-ın direktoru Tim Kuk şirkətin gələcək məhsulları haqqında gəzən saysız-hesabsız şayiələrlə bağlı şərh verib: "Biz planlarımızı gizli saxlamaq üçün çox çalışırıq. Lakin bu, insanları ehtimallar uydurmaqdan saxlamır. Mən heç nəyi dəyişməyə hazırlaşmıram. Mən insanların şirkətin növbəti məhsulunu gözləmələrindən xoşbəxtəm".
EMİL
“iPad” planşet kompyuterinin satış həcmi rekord qırıb
“Apple” şirkəti iyunun 30-da bitmiş 2012 maliyyə ilinin üçüncü rübü üzrə hesabat verib. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Apple” şirkəti 3 ay ərzində təxminən 35 milyard dollar mənfəət əldə edib. Bu nəticə ötənilki ilə müqayisədə 23 faiz çoxdur.Şirkətin xalis mənfəəti 1 il ərzində 7.3 milyard dollardan 8.8 milyard dollara qədər artıb; 1 səhmin qiyməti 9.32 dollar təşkil edib.
“Apple” korporasiyası rüb ərzində təxminən 17 milyon ədəd “iPad” planşet kompyuteri satıb. Bu, rekorddur. Müqayisə üçün: bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 84 faiz çoxdur. “iPhone” smartfonlarına tələbat 28 faiz artaraq 26 milyon təşkil edib. Şirkət 4 milyon ədəd “Mac” fərdi kompyuteri satıb. “İpod” pleyerlərinin tədarük həcmi 10 faiz azalaraq 6.8 milyon təşkil edib.
“Apple”-ın direktoru Tim Kuk şirkətin gələcək məhsulları haqqında gəzən saysız-hesabsız şayiələrlə bağlı şərh verib: "Biz planlarımızı gizli saxlamaq üçün çox çalışırıq. Lakin bu, insanları ehtimallar uydurmaqdan saxlamır. Mən heç nəyi dəyişməyə hazırlaşmıram. Mən insanların şirkətin növbəti məhsulunu gözləmələrindən xoşbəxtəm".
EMİL
Baxış sayı: 1295
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır