12px13px15px17px
Tarix:25/07/12

“NİKOİL Bank” “Ultra” şirkəti ilə “Microsoft Enterprise” müqaviləsini imzalayıb

“NİKOİL  Bank” ilə Azərbaycan ərazisində ən iri sistem inteqratorlarından biri olan “Ultra” şirkəti arasında korporativ standart kimi “Microsoft” platformasını üstün tutan təşkilatlar üçün nəzərdə tutulmuş “Microsoft Enterprise” müqaviləsi imzalanıb.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə “Ultra” şirkətinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, “Microsoft Enterprise” müqaviləsi proqramı çərçivəsində “NİKOİL  Bank”da olan bütün kompyuter parkının proqram təminatı yenilənəcək və lisenziyalaşdırılacaq. Şirkətin kompyuter parkında 250-dən artıq kompyuter olduqda “Enterprise” müqaviləsi proqramının lisenziyalaşdırılması “Microsoft”un proqram təminatının lisenziyalaşdırılmasına keçidin ən münasib üsuludur.

“Ultra” şirkətinin lisenziyalı mütəxəssisləri tərəfindən “NİKOİL Bank”ın serverləri və iş stansiyaları üçün standartlaşdırılmış proqram təminatı dəstinin optimal sxemi seçilib.

Bankın İnformasiya Texnologiyaları Departamentinin direktoru Emin Məmmədovun sözlərinə görə, informasiya təhlükəsizliyi bankın işində ən başlıca amildir və lisenziyalı proqram təminatına keçmək aktual idi: “Lisenziyalı proqram təminatından istifadənin üstünlüklərini “Microsoft Exchange Server”də olan məlumatların miqrasiyası kimi mürəkkəb prosesdə görmək olar. Bu prosesin ayrılmaz hissəsi texniki dəstək xidməti çərçivəsində “Microsoft” korporasiyasının yüksəkixtisaslı texniki mütəxəssislərin köməyindən istifadədir”.

 Proqram təminatı illik ödənişlə və üç il müddətinə hissə-hissə ödəmə ilə proqram təminatından daimi istifadəni nəzərdə tutur ki, bu da “NİKOİL Bank”ın dövriyyəsindən böyük ödəniş məbləğini çıxartmamağa imkan verir.

 Müqavilənin qüvvədə olduğu müddət ərzində banka “Software Assurance” proqramı üzrə əlavə pulsuz xidmətlər paketi təqdim edilib. “Microsoft”un dəstəyi ilə bu proqram müqavilənin qüvvədə olduğu bütün müddət ərzində proqram təminatının yeni versiyasından pulsuz istifadə etməyə və İT mütəxəssislərə sertifikatlaşdırılmış təhsil mərkəzlərində pulsuz təlim almağa imkan verir. Habelə o, 24\7 birbaşa texniki dəstək xidmətini və ev kompyuterində “Microsoft Office” proqramlarından istifadə etmək hüququnu verir. “Ultra” şirkəti və “NİKOİL  Bank”  tandemi artıq birgə iş üzrə təcrübəyə malikdir.

CAHANGİR




Baxış sayı: 804

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024