12px13px15px17px
Tarix:26/07/12

“Twitter” mesajların tam arxivini yükləmək imkanı yaradacaq

Populyar “Twitter” mikrobloqlar xidmətinin istifadəçiləri tezliklə bütün mesajlarının tam arxivinə baxa və onları kompyuterlərinə  yükləyə biləcəklər.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, hazırda “Twitter” istifadəçilərinin saytdakı yalnız son bir neçə min mesaja baxmaq imkanı var. Tezliklə dəqiqədə bir neçə tvit dərc edənlər üçün 1 il əvvəl nə yazdıqlarına baxmaq imkanı yaranacaq. Bu barədə  “Twitter”in icraçı direktoru Dik Kostolo bildirib.

"Biz bütün tvitləri eksport etməyə imkan verəcək həll üzərində çalışırıq. İstifadəçilər tezliklə bütün arxivi yükləyə biləcəklər" – Dik Kostolo “The New York Times”-in jurnalist və redaktorları ilə görüşündə bildirib.

“Twitter”in direktoru belə funksiyaların reallaşdırılması müddəti haqqında suala cavab verməyib. Lakin o bildirib ki, hər bir istifadəçi artıq tezliklə “Twitter”də onlara göndərilmiş mesajların hamısına baxa biləcəklər.

EMİL



Baxış sayı: 1253

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024