Tarix:26/07/12
"Skype"-ın məxfi informasiyanı saxlamaq üçün istifadə etdiyi mexanizm hüquq-mühafizə orqanlarına istifadəçilərin səsini yazmağa imkan vermirdi. 2007-ci ildə Almaniya polisi "Skype"-la danışan şübhəli şəxslərin danışıqlarını izləyə bilmədiyindən, hətta xüsusi şirkətə "Skype"-ın həmin proqramları yoluxdurmaq üçün kompyuter virusları yaymağı da sifariş etmişdi.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Cahid İsmayıl oğlu Kibercinayətkarlıq üzrə Beynəlxalq Konvensiyanın "Skype" kimi sistemlərin lazımi məlumatlarla paylaşmalı olduğunu deyir.
Lakin bir sıra KİV-lər "Skype"-ın bu yaz öz sisteminə daxil etdiyi dəyişikliklərə görə danışıqlara qulaq asmasının mümkün olduğu barədə məlumat yayıb. Ancaq şirkət sistemin müasirləşdirilməsinin istifadəçilərin səsinə qulaq asmasına heç bir aidiyyəti olmadığını deyir. Qeyd edək ki, keçən ilin may ayında “Microsoft” "Skype"-ı 8,5 milyard dollara almışdı. “Microsoft”un tətbiq etdiyi texnoloqiyalar istifadəçilərin ünsiyyəti zamanı ötürülən məlumatın gizli surətini çıxarır.
Hazırda "Skype"-ın məxfiliyin qorunması barədə sənədində şirkət, rəsmi orqanlar məlumat üçün müraciət edəndə həmin məlumatın ötürülüb-ötürülməməsi barədə seçimi özündə saxlayır. Həmin sənəddə deyilir ki, "Skype" və onun tərəfdaşları istifadəçinin şəxsi məlumatlarını, onun danışıqlarının məzmununu səlahiyyətli məhkəmə, hüquq-mühafizə və hökumət orqanlarına verməyə haqqı var. Bu ancaq həmin orqanlar tərəfindən hüquqi əsaslandırılmış sorğunu alandan sonra mümkündür. Həmin hissədə deyilir ki, "Skype"-la göndərilən ismarıc 30 gündən çox olmayaraq sistemin yaddaşında qalır.
Qeyd edək ki, "Skype" Azərbaycanda da populyar ünsiyyət sistemlərindən biridir. Hazırda "Skype"-la dünyada 663 milyon istifadəçi ünsiyyət qurur.
"Skype" istifadəçilərinin danışıqlarını gizli dinləmək mümkün olacaq
ABŞ-dan Avstraliyayadək müxtəlif ölkələrdə internetlə ünsiyyət üçün proqramlar hazırlayan şirkətlər istifadəçilərin səsini gizli dinləyə bilər. Buna səbəb bir çox ölkələrin qanunvericiliklərinin, müvafiq qanun layihələrinin buna şərait yaratmasıdır. Populyar video-çat olan “Skype” da bunlardan biridir. Mütəxəssislər "Skype"-ın hüquq-mühafizə orqanlarının işinə əngəl törətdiyi fikrindədir."Skype"-ın məxfi informasiyanı saxlamaq üçün istifadə etdiyi mexanizm hüquq-mühafizə orqanlarına istifadəçilərin səsini yazmağa imkan vermirdi. 2007-ci ildə Almaniya polisi "Skype"-la danışan şübhəli şəxslərin danışıqlarını izləyə bilmədiyindən, hətta xüsusi şirkətə "Skype"-ın həmin proqramları yoluxdurmaq üçün kompyuter virusları yaymağı da sifariş etmişdi.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Cahid İsmayıl oğlu Kibercinayətkarlıq üzrə Beynəlxalq Konvensiyanın "Skype" kimi sistemlərin lazımi məlumatlarla paylaşmalı olduğunu deyir.
Lakin bir sıra KİV-lər "Skype"-ın bu yaz öz sisteminə daxil etdiyi dəyişikliklərə görə danışıqlara qulaq asmasının mümkün olduğu barədə məlumat yayıb. Ancaq şirkət sistemin müasirləşdirilməsinin istifadəçilərin səsinə qulaq asmasına heç bir aidiyyəti olmadığını deyir. Qeyd edək ki, keçən ilin may ayında “Microsoft” "Skype"-ı 8,5 milyard dollara almışdı. “Microsoft”un tətbiq etdiyi texnoloqiyalar istifadəçilərin ünsiyyəti zamanı ötürülən məlumatın gizli surətini çıxarır.
Hazırda "Skype"-ın məxfiliyin qorunması barədə sənədində şirkət, rəsmi orqanlar məlumat üçün müraciət edəndə həmin məlumatın ötürülüb-ötürülməməsi barədə seçimi özündə saxlayır. Həmin sənəddə deyilir ki, "Skype" və onun tərəfdaşları istifadəçinin şəxsi məlumatlarını, onun danışıqlarının məzmununu səlahiyyətli məhkəmə, hüquq-mühafizə və hökumət orqanlarına verməyə haqqı var. Bu ancaq həmin orqanlar tərəfindən hüquqi əsaslandırılmış sorğunu alandan sonra mümkündür. Həmin hissədə deyilir ki, "Skype"-la göndərilən ismarıc 30 gündən çox olmayaraq sistemin yaddaşında qalır.
Qeyd edək ki, "Skype" Azərbaycanda da populyar ünsiyyət sistemlərindən biridir. Hazırda "Skype"-la dünyada 663 milyon istifadəçi ünsiyyət qurur.
Baxış sayı: 1478
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib