Tarix:27/07/12
Bakalavr təhsili üzrə müsabiqədə cari tədris ilində Azərbaycan Respublikası ali təhsil müəssisələrinə müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmiş və ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib. Komissiyadan bildirilib ki, I, II və III ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənnindən nisbi balı 80-dən az olmamalıdır. IV ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənni üzrə attestat qiyməti 5 olmalıdır.
Magistratura səviyyəsi üzrə müsabiqədə iştirak etmək hüququna cari tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturasına qəbul imtahanlarında müsabiqə şərtlərini ödəmiş, bununla yanaşı, imtahanın birinci mərhələsində ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmayan bakalavrlar malikdirlər. Müsabiqədə iştirak etmək istəyənlər 2012-ci il iyulun 30-dan avqustun 9-dək TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər.
Komissiyadan qeyd edilib ki, Litvada təhsil üçün təklif olunan təhsil proqramları sırasında “Kommunikasiya elmləri”, “Proqramlaşdırma”, “İnformasiya Sistemləri Mühəndisliyi”, “Mühəndis İnformatikası”, “Liman Texnologiyası” da yer alır. Bundan başqa, Litvanın Siauliay Universiteti tərəfindən təqdim olunan proqramlardan biri də “Kompyuter elmləri” adlanır. İngilis və ya rus dili bilinməsinin vacib şərt kimi irəli sürüldüyü sözügedən proqramı seçən namizədlər “Kompyuter elmləri” və ya “Kompyuter mühəndisliyi” üzrə bakalavr dərəcəsinə malik olmalıdırlar. “Siqnalların işlənməsi”nə gəlincə, bunun üçün ingilis dili ilə yanaşı, namizədlər “Elektronika” və ya “Elektrik mühəndisliyi” üzrə bakalavr dərəcəsinə malik olmalıdırlar. Bundan başqa, sözügedən ali təhsil müəssisəsində “İnformatika mühəndisliyi”ni seçənlər üçün də ingilis dili əsas götürüləcək.
Bu namizədlər də “Kompyuter elmləri” və ya “Kompyuter mühəndisliyi” üzrə bakalavr dərəcəsinə malik olmalıdırlar. Litvada azərbaycanlılara dövlət hesabına təhsil almaq imkanı yaradan ali təhsil müəssisələrindən biri də Vilnus Gediminas Texniki Universitetidir ki, burada da təklif olunan proqramlara “İstehsalat Mühəndisliyi və İnnovasiya Menecmenti” ilə bərabər, “Elektrik Energetikası Sistemi Mühəndisliyi” də daxildir.
HƏQİQƏT
Azərbaycan gəncləri Litvada dövlət hesabına İKT ixtisasları üzrə təhsil alacaqlar
Heydər Əliyev Fondu və Litvanın Azərbaycandakı səfirliyi arasında bağlanmış müqaviləyə əsasən, 2012/2013-ci tədris ili üçün Litvanın təhsil müəssisələrində Azərbaycan gənclərinin dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilir.Bakalavr təhsili üzrə müsabiqədə cari tədris ilində Azərbaycan Respublikası ali təhsil müəssisələrinə müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmiş və ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib. Komissiyadan bildirilib ki, I, II və III ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənnindən nisbi balı 80-dən az olmamalıdır. IV ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənni üzrə attestat qiyməti 5 olmalıdır.
Magistratura səviyyəsi üzrə müsabiqədə iştirak etmək hüququna cari tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturasına qəbul imtahanlarında müsabiqə şərtlərini ödəmiş, bununla yanaşı, imtahanın birinci mərhələsində ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmayan bakalavrlar malikdirlər. Müsabiqədə iştirak etmək istəyənlər 2012-ci il iyulun 30-dan avqustun 9-dək TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər.
Komissiyadan qeyd edilib ki, Litvada təhsil üçün təklif olunan təhsil proqramları sırasında “Kommunikasiya elmləri”, “Proqramlaşdırma”, “İnformasiya Sistemləri Mühəndisliyi”, “Mühəndis İnformatikası”, “Liman Texnologiyası” da yer alır. Bundan başqa, Litvanın Siauliay Universiteti tərəfindən təqdim olunan proqramlardan biri də “Kompyuter elmləri” adlanır. İngilis və ya rus dili bilinməsinin vacib şərt kimi irəli sürüldüyü sözügedən proqramı seçən namizədlər “Kompyuter elmləri” və ya “Kompyuter mühəndisliyi” üzrə bakalavr dərəcəsinə malik olmalıdırlar. “Siqnalların işlənməsi”nə gəlincə, bunun üçün ingilis dili ilə yanaşı, namizədlər “Elektronika” və ya “Elektrik mühəndisliyi” üzrə bakalavr dərəcəsinə malik olmalıdırlar. Bundan başqa, sözügedən ali təhsil müəssisəsində “İnformatika mühəndisliyi”ni seçənlər üçün də ingilis dili əsas götürüləcək.
Bu namizədlər də “Kompyuter elmləri” və ya “Kompyuter mühəndisliyi” üzrə bakalavr dərəcəsinə malik olmalıdırlar. Litvada azərbaycanlılara dövlət hesabına təhsil almaq imkanı yaradan ali təhsil müəssisələrindən biri də Vilnus Gediminas Texniki Universitetidir ki, burada da təklif olunan proqramlara “İstehsalat Mühəndisliyi və İnnovasiya Menecmenti” ilə bərabər, “Elektrik Energetikası Sistemi Mühəndisliyi” də daxildir.
HƏQİQƏT
Baxış sayı: 1239
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır