Tarix:30/07/12
Kənd ATS-ləri mərkəzlə birləşdirici xətləri optik kabellərlə təmin edilib ki, bu da kənd sakinlərinin yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin edilməsi deməkdir. Belə ki, kənd EATS-ləri istiqamətində 68 kilometr fiber-optik kabellərin çəkilməsi başa çatdırılmaqla optikləşmə tam yekunlaşıb.
Optikləşmiş 14 kənd EATS-lərdə DSLAM avadanlığı qurularaq kənd sakinlərinin genişzolaqlı internetə çıxışı təmin olunub. Hazırda “aztelekom.net” internet provayderi üzrə istifadəçilərin sayı 1036 ədəd, özəl provayderlər üzrə (Data Plus, AvirTel, Azeronline) istifadəçilərin sayı 696 ədədə çatıb.
Bundan əlavə mərkəz və kənd EATS-lərinin xətt təsərrüfatı texniki normaya gətirilərək, stansiyalar yerləşən binalar estetik vəziyyətə gətirilib. Rayonda telefon abunəçilərinin sayı 20 minə çatıb. Kənd ATS binaları estetik vəziyyətdə olmaqla tələblərə cavab verir.
Rayonda genişzolaqlı internet xidmətlərinə böyük tələbat var. Hal-hazırda rayon üzrə 100-ə yaxın internet-klub mövcuddur ki, burada gənclər öz asudə vaxtlarından səmərəli istifadə edə bilirlər.
C.Yusifov daha sonra bildirdi ki, əhalinin telefona olan tələbatının ödənilməsi, onları narahat edən problemlərin daha operativ şəkildə həlli üçün Şəmkir TKQ böyük kənd stansiyalarında abunə şöbələri yaradıblar. Bu layihənin həyata keçirilməsi ilə vətəndaşların hər hansı bir məsələ ilə əlaqədar olaraq rayon mərkəzinə gəlməsinə ehtiyac qalmayıb.
İllər öncə tamamilə geri qalan Şəmkir TKQ hazırda “Aztelekom”İB-nin ilk 10 qovşağı sırasındadır.
Şəmkirdə genişzolaqlı internet istifadəçilərinin sayı artıb
Şəmkirdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində xeyli işlər görülüb. Rayonda əhalinin telefon və multimedia xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə yeni layihələr həyata keçirilıir. Şəmkir Telekommunikasiya Qovşağının rəisi Cavanşir Yusifov bildirib ki, rayonun əvvəllər telefonlaşdırılmamış Mahmudlu kəndində 256, Yeni Həyat kəndində isə 512 nömrə tutumlu elektron ATS-lər tikilərək istifadəyə verilib.Kənd ATS-ləri mərkəzlə birləşdirici xətləri optik kabellərlə təmin edilib ki, bu da kənd sakinlərinin yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin edilməsi deməkdir. Belə ki, kənd EATS-ləri istiqamətində 68 kilometr fiber-optik kabellərin çəkilməsi başa çatdırılmaqla optikləşmə tam yekunlaşıb.
Optikləşmiş 14 kənd EATS-lərdə DSLAM avadanlığı qurularaq kənd sakinlərinin genişzolaqlı internetə çıxışı təmin olunub. Hazırda “aztelekom.net” internet provayderi üzrə istifadəçilərin sayı 1036 ədəd, özəl provayderlər üzrə (Data Plus, AvirTel, Azeronline) istifadəçilərin sayı 696 ədədə çatıb.
Bundan əlavə mərkəz və kənd EATS-lərinin xətt təsərrüfatı texniki normaya gətirilərək, stansiyalar yerləşən binalar estetik vəziyyətə gətirilib. Rayonda telefon abunəçilərinin sayı 20 minə çatıb. Kənd ATS binaları estetik vəziyyətdə olmaqla tələblərə cavab verir.
Rayonda genişzolaqlı internet xidmətlərinə böyük tələbat var. Hal-hazırda rayon üzrə 100-ə yaxın internet-klub mövcuddur ki, burada gənclər öz asudə vaxtlarından səmərəli istifadə edə bilirlər.
C.Yusifov daha sonra bildirdi ki, əhalinin telefona olan tələbatının ödənilməsi, onları narahat edən problemlərin daha operativ şəkildə həlli üçün Şəmkir TKQ böyük kənd stansiyalarında abunə şöbələri yaradıblar. Bu layihənin həyata keçirilməsi ilə vətəndaşların hər hansı bir məsələ ilə əlaqədar olaraq rayon mərkəzinə gəlməsinə ehtiyac qalmayıb.
İllər öncə tamamilə geri qalan Şəmkir TKQ hazırda “Aztelekom”İB-nin ilk 10 qovşağı sırasındadır.
Baxış sayı: 4134
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı