Tarix:30/07/12
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bu xidmət vətəndaşların peşəyönümü xidməti barədə elektron qaydada və rahat şəkildə məlumat əldə etməsini, peşəyönümü ilə bağlı onlayn testləşdirilməni nəzərdə tutur.
Elektron xidmət isə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən göstəriləcək: “Peşəyönümü xidməti barədə məlumat əldə edilməsi, eləcə də peşə seçimi ilə bağlı onlayn testləşdirmə yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilir. Artıq bu sahədə göstərilən xidmətlər tam avtomatlaşdırılıb. Vətəndaşlar bu xidmət vasitəsi ilə müraciət edərək qısa müddət ərzində peşə nailiyyətləri, iş axtarmaq bacarıqlarına dair onlayn testlərdən keçmək imkanı əldə edə bilərlər”.
Nazirlikdən bildirilib ki, elektron xidmətin göstərilməsinin nəticəsi olaraq, iş axtaran vətəndaşlara məşğulluğun təmin edilməsi, fəal vətəndaş mövqeyinə uyğunlaşdırılması ilə əlaqədar əhatəli peşəyönümü məsləhətlərinin verilməsi, əmək bazarında mövcud olan vakansiyalar və məşğulluq imkanları barədə gənclərin məlumatlandırılması, orta məktəblərin yuxarı sinif şagirdlərinin və məzunların təhsil almaq, təhsili davam etdirmək, gələcək karyeralarını qurmaq imkanları barədə məlumatlandırılması təmin ediləcək. Ödənişsiz aparılan bu xidmətin əsas istifadəçiləri Azərbaycan vətəndaşlarıdır: “Vətəndaşlar “http://www.ses.gov.az/prof/” saytı üzərindən onlayn qaydada müraciət edərək qeydiyyatdan keçirlər.
Elektron xidmətin göstərilməsi və ya imtina edilməsinə gəlincə, xidmət vasitəsi ilə vətəndaşlar məşğulluq tədbirləri, eləcə də mövcud əmək bazarındakı vəziyyətə dair məlumatlandırılır, gənclərin qabiliyyət və peşə bacarıqlarının qiymətləndirilməsi, onların aktiv iqtisadi fəaliyyətlə məşğul olmalarına köməklik göstərilməsi məqsədi ilə onlayn rejimdə peşəkar sosial-psixoloji testləşmə aparılır. Xidmət məhdudiyyətsiz olaraq göstərilir. Xidmətin yerinə yetirilməsinə nəzarət də Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilir”.
Qeyd edək ki, respublika prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət dairəsi üzrə 11 elektron xidmətin göstərilməsi nəzərdə tutulur. Sözügedən xidmətlə yanaşı, buraya “Məşğulluqla bağlı, habelə peşə hazırlığı, əlavə təhsil və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün müraciətin və sənədlərin qəbulu”, “Məşğulluq orqanları vasitəsilə iş axtarışı”, “İşəgötürənlərin hesabatlarının onlayn təqdim olunması”, “İşsizlik statusunun verilməsi və müavinətinin təyin edilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru”, “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi”, “Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu”, “Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Dövlət sosial təminat xidmətləri üzrə müraciətin və sənədlərin qəbulu”, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” kimi e-xidmətləri daxildir.
Həqiqət İSABALAYEVA
İş axtaranlar peşə seçimi ilə bağlı onlayn testləşdirmədən istifadə edə biləcəklər
Bundan sonra iş axtaranlar peşə seçimi ilə bağlı onlayn testləşdirmədən keçə biləcəklər. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əhaliyə göstəriləcək elektron xidmətlərdən biri “Peşə seçimi ilə bağlı onlayn testləşdirmə”dir.“ICTnews” elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bu xidmət vətəndaşların peşəyönümü xidməti barədə elektron qaydada və rahat şəkildə məlumat əldə etməsini, peşəyönümü ilə bağlı onlayn testləşdirilməni nəzərdə tutur.
Elektron xidmət isə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən göstəriləcək: “Peşəyönümü xidməti barədə məlumat əldə edilməsi, eləcə də peşə seçimi ilə bağlı onlayn testləşdirmə yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilir. Artıq bu sahədə göstərilən xidmətlər tam avtomatlaşdırılıb. Vətəndaşlar bu xidmət vasitəsi ilə müraciət edərək qısa müddət ərzində peşə nailiyyətləri, iş axtarmaq bacarıqlarına dair onlayn testlərdən keçmək imkanı əldə edə bilərlər”.
Nazirlikdən bildirilib ki, elektron xidmətin göstərilməsinin nəticəsi olaraq, iş axtaran vətəndaşlara məşğulluğun təmin edilməsi, fəal vətəndaş mövqeyinə uyğunlaşdırılması ilə əlaqədar əhatəli peşəyönümü məsləhətlərinin verilməsi, əmək bazarında mövcud olan vakansiyalar və məşğulluq imkanları barədə gənclərin məlumatlandırılması, orta məktəblərin yuxarı sinif şagirdlərinin və məzunların təhsil almaq, təhsili davam etdirmək, gələcək karyeralarını qurmaq imkanları barədə məlumatlandırılması təmin ediləcək. Ödənişsiz aparılan bu xidmətin əsas istifadəçiləri Azərbaycan vətəndaşlarıdır: “Vətəndaşlar “http://www.ses.gov.az/prof/” saytı üzərindən onlayn qaydada müraciət edərək qeydiyyatdan keçirlər.
Elektron xidmətin göstərilməsi və ya imtina edilməsinə gəlincə, xidmət vasitəsi ilə vətəndaşlar məşğulluq tədbirləri, eləcə də mövcud əmək bazarındakı vəziyyətə dair məlumatlandırılır, gənclərin qabiliyyət və peşə bacarıqlarının qiymətləndirilməsi, onların aktiv iqtisadi fəaliyyətlə məşğul olmalarına köməklik göstərilməsi məqsədi ilə onlayn rejimdə peşəkar sosial-psixoloji testləşmə aparılır. Xidmət məhdudiyyətsiz olaraq göstərilir. Xidmətin yerinə yetirilməsinə nəzarət də Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilir”.
Qeyd edək ki, respublika prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət dairəsi üzrə 11 elektron xidmətin göstərilməsi nəzərdə tutulur. Sözügedən xidmətlə yanaşı, buraya “Məşğulluqla bağlı, habelə peşə hazırlığı, əlavə təhsil və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün müraciətin və sənədlərin qəbulu”, “Məşğulluq orqanları vasitəsilə iş axtarışı”, “İşəgötürənlərin hesabatlarının onlayn təqdim olunması”, “İşsizlik statusunun verilməsi və müavinətinin təyin edilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru”, “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi”, “Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu”, “Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Dövlət sosial təminat xidmətləri üzrə müraciətin və sənədlərin qəbulu”, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” kimi e-xidmətləri daxildir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 970
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib