12px13px15px17px
Tarix:30/07/12

“Apple” şirkətinin planşet bazarındakı payı artıb

“Strategy Analytics” şirkətinin tədqiqat məlumatına əsasən, 2012-ci ilin ikinci rübündə “Apple” korporasiyasının planşet bazarındakı payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz artaraq 63 faiz təşkil edib. Kaliforniya nəhəngi 2012-ci ilin aprel-iyun ayları ərzində bazara 17 milyon ədəd “iPad” planşeti tədarük edib. Müqayisə üçün bildirək ki, ötən il bu göstərici 9.3 milyon təşkil edib.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən  bildirir ki, eyni zamanda “Android” platforması ilə işləyən planşetlərin tədarük həcmi 4.4 milyondan 7,3 milyon qurğuya qədər artıb. Lakin bu əməliyyat sisteminin bazar payı əvvəlki kimi 29,3 faiz təşkil edir.

Bütövlükdə 2012-ci ilin ikinci rübündə bazara 24,9 milyon ədəd planşet tədarük edilib. Müqayisə üçün bildirək ki, ötən ilin analoji dövründə 14,9 milyon ədəd planşet tədarük edilmişdi. Beləliklə, artım 67 faiz təşkil edib.



 
EMİL




Baxış sayı: 1368

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024