Tarix:15/07/11
Erik Şmidti əvəz edən şirkətin baş direktoru Larri Peyc bu vəzifəsindən əvvəl mobil format reklamının, həmçinin “YouTube”-da reklamların irəliləyişi ilə məşğul olub. Bu da şirkətə ənənəvi internet axtarışdan öz asılılığını bir qədər azaltmağa icazə verib. “Emarketer” analitik şirkətinin qiymətləndirməsinə əsasən, indi ABŞ-da onlayn-bazar reklamının 41%-i “Google” şirkətinin payına düşür. Keçən il bu göstərici 39% olub.
Şirkətin yeni baş direktoru Larri Peyc biznesin yeni istiqamətlərinə aktiv sərmayə qoyur, bu da internet nəhəngə “Facebook” üçün ənənəvi olan xidmətlərə yaxınlaşmağa icazə verir. “ComScore” analitik şirkətinin qiymətləndirməsinə əsasən, iyun ayında istifadəçilər “Facebook”da orta hesabla 6,1 saat keçiriblər, “Google” layihələrində isə bu göstərici 4,1 saatdır. Hesabat nəşri ərəfəsində bir çox analitiklər aktiv investisiyaların yeni strategiyasının şirkətin gəlirinə neqativ təsir edəcəyini güman edirdilər. Lakin “Google” şirkətinin rüb üzrə yekunları bu qorxuları alt-üst etdi, səhmlərin 11%-lik artımı kapitallaşdırmanın təxminən 20 milyard dollara qədər artdığını bildirir.
Rüb üzrə yekunları şərh edən Larri Peyc bildirib ki, “Google+” platforması istifadəyə verilən andan uğurlu olub və hətta 10 milyondan çox istifadəçi qeydiyyatdan keçib.
Ekspertlər “Android” əməliyyat sisteminin də məşhurluğunun artmasını qeyd ediblər. İDC qiymətləndirməsinə görə, “Android” əməliyyat sistemi bazarın 38,9%-ni tutur. Halbuki onun ən yaxın izləyicisi – “iOS” əməliyyat sisteminin bazardakı payı 18,2% təşkil edir. “Google” əməkdaşlarının ümumi sayı 28 768 insana çatıb. Belə ki, 1 il ərzində əməkdaşların sayında 9,3% artım qeydə alınıb.
“Google” şirkətinin ikinci rübdəki nəticələri bədbin proqnozları alt-üst edib
Dünyanın ən böyük internet axtarış mühərriki “Google” şirkəti bu gün rüb üzrə yekunları haqqında məlumat verib. Məlumatlara əsasən, şirkətin gəliri analitiklərin qiymətləndirmələrindən yuxarı olub. Belə ki, şirkət mobil və qrafik reklamın yeni formatlarının tətbiqindən böyük maliyyə əldə edib. Şirkətin ikinci rübdə qazancı əməkdaşlıq etdiyi saytlara ödəmələri çıxmaqla 6,92 milyard dollar təşkil edib. Şirkətin xalis gəliri isə 36% artıb.Erik Şmidti əvəz edən şirkətin baş direktoru Larri Peyc bu vəzifəsindən əvvəl mobil format reklamının, həmçinin “YouTube”-da reklamların irəliləyişi ilə məşğul olub. Bu da şirkətə ənənəvi internet axtarışdan öz asılılığını bir qədər azaltmağa icazə verib. “Emarketer” analitik şirkətinin qiymətləndirməsinə əsasən, indi ABŞ-da onlayn-bazar reklamının 41%-i “Google” şirkətinin payına düşür. Keçən il bu göstərici 39% olub.
Şirkətin yeni baş direktoru Larri Peyc biznesin yeni istiqamətlərinə aktiv sərmayə qoyur, bu da internet nəhəngə “Facebook” üçün ənənəvi olan xidmətlərə yaxınlaşmağa icazə verir. “ComScore” analitik şirkətinin qiymətləndirməsinə əsasən, iyun ayında istifadəçilər “Facebook”da orta hesabla 6,1 saat keçiriblər, “Google” layihələrində isə bu göstərici 4,1 saatdır. Hesabat nəşri ərəfəsində bir çox analitiklər aktiv investisiyaların yeni strategiyasının şirkətin gəlirinə neqativ təsir edəcəyini güman edirdilər. Lakin “Google” şirkətinin rüb üzrə yekunları bu qorxuları alt-üst etdi, səhmlərin 11%-lik artımı kapitallaşdırmanın təxminən 20 milyard dollara qədər artdığını bildirir.
Rüb üzrə yekunları şərh edən Larri Peyc bildirib ki, “Google+” platforması istifadəyə verilən andan uğurlu olub və hətta 10 milyondan çox istifadəçi qeydiyyatdan keçib.
Ekspertlər “Android” əməliyyat sisteminin də məşhurluğunun artmasını qeyd ediblər. İDC qiymətləndirməsinə görə, “Android” əməliyyat sistemi bazarın 38,9%-ni tutur. Halbuki onun ən yaxın izləyicisi – “iOS” əməliyyat sisteminin bazardakı payı 18,2% təşkil edir. “Google” əməkdaşlarının ümumi sayı 28 768 insana çatıb. Belə ki, 1 il ərzində əməkdaşların sayında 9,3% artım qeydə alınıb.
Baxış sayı: 1028
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib