Tarix:30/07/12
Belə ki, artıq “Ailə TV” abunəçiləri xidmət haqqının ödənilməsi üçün istifadə olunan “Ailə TV” ödəmə kartlarını təkcə şəhərimizin mağazalarından və “Ailə TV” filiallarından deyil, “Qasid” Mətbuat Yayımı firmasının köşklərindən də əldə edə bilərlər. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Ailə TV” Şirkətlər Qrupunun mətbuat katibi Əlimərdan Sultanov məlumat verib.
Onun sözlərinə görə, artıq şəhərin müxtəlif yerlərində yerləşən “Qasid” Mətbuat Yayımı firmasının köşklərində sözügedən ödəmə kartları paylanılıb və abunəçilər ödəmə kartlarını əldə etmək üçün müvafiq olaraq köşklərdən “Ailə TV”-nin yayım paketinə uyğun olaraq müxtəlif tarifləri özündə əks etdirən ödəmə kartlarını almalıdırlar.
Ödəmə kartları “Ailə TV” kabel operator televiziyasının təqdim etdiyi ən müxtəlif yayım paketlərinə uyğun olaraq satışa çıxarılıb. Belə ki, ödəmə kartları 9, 11, 12, 13, 14 və 17 manatlıq kartlardan ibarətdir ki, bu kartlar vasitəsilə, şirkətin baza paketini və ya baza paketi ilə birlikdə hər hansı bir əlavə paketi aktivləşdirmək mümkündür. Ödəmə kartını almış abunəçi günün 24 saatı ərzində şirkətin “Müştəri Xidmətləri”nə zəng edərək kartın seriya nömrəsini və boyanın altındakı kodu söyləyə və xidməti aktivləşdirə bilər.
Müştəri xidmətlərinin operatoru kartın kodunu bazaya daxil etdikdən bir sutka sonra xidmət aktivləşəcək: “Qeyd edək ki, bu ödəmə kartları vasitəsilə həm analoq, həm də rəqəmsal yayım üçün ödənişlər etmək mümkündür. “Ailə TV” Kabel Operator Televiziyası hazırda Bakı şəhərinin Yasamal, Nəsimi, Nizami, Xətai, Nərimanov və Suraxanı rayonlarında, Hövsan qəsəbəsində, Mikrorayon adlanan ərazidə (1-9-cu mikrorayonlar) və Gəncə şəhərində sakinlərə yüksəkkeyfiyyətli kabel televiziyası yayımı xidmətlərini göstərir”.
HƏQİQƏT
“Ailə TV” ödəmə kartları artıq “Qasid” Mətbuat Yayımı köşklərində
Cari ilin əvvəlindən kabel televiziyası xidmətlərinə görə ödəmə kartlarını və onlayn ödəniş xidmətini aktivləşdirən “Ailə TV” kabel operator televiziyası ödəmə kartlarının satışında yenilik tətbiq edir.Belə ki, artıq “Ailə TV” abunəçiləri xidmət haqqının ödənilməsi üçün istifadə olunan “Ailə TV” ödəmə kartlarını təkcə şəhərimizin mağazalarından və “Ailə TV” filiallarından deyil, “Qasid” Mətbuat Yayımı firmasının köşklərindən də əldə edə bilərlər. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Ailə TV” Şirkətlər Qrupunun mətbuat katibi Əlimərdan Sultanov məlumat verib.
Onun sözlərinə görə, artıq şəhərin müxtəlif yerlərində yerləşən “Qasid” Mətbuat Yayımı firmasının köşklərində sözügedən ödəmə kartları paylanılıb və abunəçilər ödəmə kartlarını əldə etmək üçün müvafiq olaraq köşklərdən “Ailə TV”-nin yayım paketinə uyğun olaraq müxtəlif tarifləri özündə əks etdirən ödəmə kartlarını almalıdırlar.
Ödəmə kartları “Ailə TV” kabel operator televiziyasının təqdim etdiyi ən müxtəlif yayım paketlərinə uyğun olaraq satışa çıxarılıb. Belə ki, ödəmə kartları 9, 11, 12, 13, 14 və 17 manatlıq kartlardan ibarətdir ki, bu kartlar vasitəsilə, şirkətin baza paketini və ya baza paketi ilə birlikdə hər hansı bir əlavə paketi aktivləşdirmək mümkündür. Ödəmə kartını almış abunəçi günün 24 saatı ərzində şirkətin “Müştəri Xidmətləri”nə zəng edərək kartın seriya nömrəsini və boyanın altındakı kodu söyləyə və xidməti aktivləşdirə bilər.
Müştəri xidmətlərinin operatoru kartın kodunu bazaya daxil etdikdən bir sutka sonra xidmət aktivləşəcək: “Qeyd edək ki, bu ödəmə kartları vasitəsilə həm analoq, həm də rəqəmsal yayım üçün ödənişlər etmək mümkündür. “Ailə TV” Kabel Operator Televiziyası hazırda Bakı şəhərinin Yasamal, Nəsimi, Nizami, Xətai, Nərimanov və Suraxanı rayonlarında, Hövsan qəsəbəsində, Mikrorayon adlanan ərazidə (1-9-cu mikrorayonlar) və Gəncə şəhərində sakinlərə yüksəkkeyfiyyətli kabel televiziyası yayımı xidmətlərini göstərir”.
HƏQİQƏT
Baxış sayı: 1514
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib