Tarix:31/07/12
Əsas məqsəd isə əlilliyi olan şəxslərlə bağlı milli qanunvericilikdə ümumbəşəri dəyərlər əsasında təkmilləşdirmələr aparmaqdır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, həmin layihə sənədlərində reabilitasiya tədbirlərinin səmərəsinin artırılması məqsədilə əlilliyi olan şəxslərin fərdi reabilitasiyasına xidmət edən qaydaların hazırlanması, 2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair tədbirlərin həyata keçirilməsi, o cümlədən onların sağlamlığının mühafizəsi və bərpası, təhsili və peşəyönümünün yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, informasiya və kommunikasiya texnologiyalarının istifadəsi üçün şəraitin yaradılması, mövcud sosial infrastruktur obyektlərinin əlillər üçün müyəssərliyi ilə bağlı zəruri işlərin görülməsi nəzərdə tutulub.
Əlilliyi olan şəxslərin innovativ xidmət və vasitələrlə təmin olunması, tibbi-sosial reabilitasiya işinin təkmilləşdirilməsi, sosial infrastrukturun müyəssərliyi, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb olunması məsələləri ilə də diqqət mərkəzində olacaq.
HƏQİQƏT
Əlil şəxslərin informasiya və kommunikasiya texnologiyalarından istifadəsi üçün şərait yaradılacaq
Ölkədə əlillərlə bağlı tədbirlərin effektiv həyata keçirilməsi, əlilliyi olan şəxslərin iqtisadi müstəqilliyinin artırılması, onların həyatın bütün sahələrinə tam inteqrasiyasına geniş şərait yaradılması məqsədilə “2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın həyata keçirilməsi üçün Tədbirlər Planı, “Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramının hazırlanması və onun həyata keçirilməsi Qaydaları”, həmçinin “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunun layihələri hazırlanıb.Əsas məqsəd isə əlilliyi olan şəxslərlə bağlı milli qanunvericilikdə ümumbəşəri dəyərlər əsasında təkmilləşdirmələr aparmaqdır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, həmin layihə sənədlərində reabilitasiya tədbirlərinin səmərəsinin artırılması məqsədilə əlilliyi olan şəxslərin fərdi reabilitasiyasına xidmət edən qaydaların hazırlanması, 2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair tədbirlərin həyata keçirilməsi, o cümlədən onların sağlamlığının mühafizəsi və bərpası, təhsili və peşəyönümünün yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, informasiya və kommunikasiya texnologiyalarının istifadəsi üçün şəraitin yaradılması, mövcud sosial infrastruktur obyektlərinin əlillər üçün müyəssərliyi ilə bağlı zəruri işlərin görülməsi nəzərdə tutulub.
Əlilliyi olan şəxslərin innovativ xidmət və vasitələrlə təmin olunması, tibbi-sosial reabilitasiya işinin təkmilləşdirilməsi, sosial infrastrukturun müyəssərliyi, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb olunması məsələləri ilə də diqqət mərkəzində olacaq.
HƏQİQƏT
Baxış sayı: 1463
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır