12px13px15px17px
Tarix:31/07/12

"Samsung" və "Apple" arasında məhkəmə prosesinə start verilir

Texnologiya nəhəngləri "Samsung" və "Apple" arasında məhkəmə işi başlayır. Məhkəmə işi ABŞ-da smartfon və planşet kompyuterləri bazarında nəzarəti ələ keçirmək üçün patent mübahisəsi ilə bağlıdır.

"Apple" şirkəti "Samsung Electronics"ə qarşı məhkəmə işini ötən il qaldırıb və "Samsung"u qeyri-qanuni olaraq özünün “iPhone” və “iPad” kimi məhsullarına bənzəyən smartfon və planşet kompyuterlər istehsal etməkdə ittiham etmişdi.

"Apple" 2,5 milyard dollar həcmində təzminat tələb edir, bu isə məhkəmə işini indiyədək patent məsələsində ən çox təzminat tələbli işə çevirib.

"Samsung" isə, öz növbəsində, "Apple"ın sadəcə uzun illər sənaye standartı olan texnologiyalardan istifadə edərək onları inkişaf etdirdiyini bəyan edir. Şirkət həmçinin əslində "Apple"ın öz “iPhone” məhsulunu "Sony" şirkətindən oğurladığını iddia edir. "Samsung"un vəkilləri isə şirkətin 1991-ci ildən mobil telefonlar istehsal etdiyini, "Apple" şirkətinin isə texnologiya bazarına sadəcə 2007-ci ildə atıldığına da diqqət çəkirlər.




Baxış sayı: 4126

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024