12px13px15px17px
Tarix:01/08/12

“Facebook” saxtalıqda ittiham olunur?!

“Facebook” sosial şəbəkəsində reklam kampaniyası işə salmış Amerikanın “Limited Run” şirkətinin əməkdaşlarının gəldiyi nəticəyə əsasən, onun yerləşdirdiyi reklam elanları üzrə kliklərin böyük əksəriyyəti saxta hesablardan edilib.

“ICTnews.az” elektron xəbər xidməti “rg.ru” saytına istinadən  bildirir ki, “Facebook”un təqdim etdiyi statistikanı şəxsi məlumatları ilə müqayisə edən şirkətin əməkdaşlarının gəldiyi nəticəyə əsasən, kliklərin təxminən 80 faizi “robot”-hesablardan edilib.

Şirkətin sosial şəbəkənin səhifəsində qeyd edilib ki, “Limited Run” hesabını 2 həftə ərzində silməyi planlaşdırır. Şirkət ticarət  markasının reklamını “Twitter”də aparmaq niyyətindədir.

“Facebook” şirkətinin nümayəndələri öz növbəsində elan verənin iddialarını şərh edərək bildiriblər ki, hadisəni araşdırırlar.


EMİL




Baxış sayı: 1406

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024