12px13px15px17px
Tarix:01/08/12

Müəllif əsərlərinin elektron qeydiyyatına başlanılıb

Azərbaycanda müəllif əsərlərinin elektron qeydiyyatına başlanılıb. Əsərlərin elektron qeydiyyatının maksimum müddəti isə 15 gün müəyyən olunub. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Müəllif Hüquqları Agentliyindən (MHA) məlumat verilib.

Agentlikdən bildirilib ki, artıq müəlliflər və hüquq sahibləri agentliyə gəlmədən əsərlərinin elektron variantını quruma göndərə bilər: “Qanunvericiliklə müəyyən olunmuş sənədlər əsasında müəlliflərə və müəlliflik hüququnun digər sahiblərinə məxsus müəlliflik hüququ  obyektləri qeydiyyatdan keçirilir və onlara nümunəsi Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş Qeydiyyat haqqında şəhadətnamə verilir.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” ölkə prezidentinin fərmanına uyğun olaraq, müəllif əsəri Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirmək üçün MHA-nın saytına öz istifadəçi adını və şifrəsini yazmaqla daxil olmalıdır. Şifrə olmadığı halda isə “Əsərin, əlaqəli hüquq obyektinin və digər oxşar əqli mülkiyyət obyektlərinin elektron qeydiyyatı üçün sifarişçinin qeydiyyatı” linki üzrə qeydiyyatdan keçmək lazımdır”.
 
HƏQİQƏT




Baxış sayı: 1323

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024