12px13px15px17px
Tarix:01/08/12

Dünyanın məşhur sosial şəbəkəsi xəstəlik yayır?

Hazırda bütün dünyada məşhur olan “Twitter” sosial şəbəkəsinin xəstəlikləri əvvəlcədən xəbər verəcəyi məlum olub. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə amerikalı alimlər “Twitter” istifadəçilərinin xəstələnmələri barədə məlumatlarına istinad edərək Nyu-Yorkda qrip epidemiyasının yayılma miqyasını hesablayıblar.

Professor Adam Sadilekin başçılıq etdiyi qrup Nyu-Yorkda yaşayan “Twitter” istifadəçiləri arasında 600 min nəfərdən artıq insanın GPS sistemi vasitəsilə məkanları barədə məlumat verdikləri akkauntlarını oxuyaraq 4,4 milyon tviti nəzərdən keçiriblər.

İş üçün sağlam adamların tvitlərini nəzərə almayan xüsusi alqoritm də hazırlanmışdı. Araşdırmanın sonunda ekspertlər bildiriblər ki,  mikrobloq servisindəki dostluq infeksiyanın yayılmasını sürətləndirir. Bunu nyu-yorklu “Twitter” istifadəçilərinin məlumatları əsasında hazırlanmış xəritə də göstərir. 

Xəritəyə istinad edərək “Twitter”dəki dostları xəstələnən şəxsin özünün nə zaman xəstələnəcəyini müəyyənləşdirmək olar. Alimlər real zamanda epidemiyaları izləmək üçün sosial şəbəkələrdən istifadəni təklif edirlər. Roçester Universitetinin əməkdaşlarının dediklərinə görə, onların hazırladıqları alqoritmin dəqiqliyi 90 faizdir.

SEYMUR




Baxış sayı: 1370

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024