12px13px15px17px
Tarix:01/08/12

“Facebook”un rəhbərinin kiçik bacısı “Google”-un əməkdaşı olacaq

“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark  Zukerberqin kiçik bacısı Ariel Zukerberq tezliklə “Google”-un əməkdaşı olmalıdır.

“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən  bildirir ki, “Google” korporasiyası bir gün əvvəl sosial şəbəkələrdə marketinq kampaniyalarını idarə etmək üçün platforma hazırlayan “Wildfire” şirkətini satın alması haqqında bəyan edib. Ariel Zukerberq “Wildfire” şirkətində kiçik menecer vəzifəsində çalışır. Şirkətin heyəti 400 nəfərdən ibarətdir və onlar tezliklə “Google” şirkətinin tərkibinə daxil olmalıdır.

"Mən İsraildəyəm və “Google”-un əməkdaşı olduğumu yalnız indi bilmişəm. Sözün düzü, özümü bir qədər narahat hiss edirəm, lakin startapın təsisçiləri - Alan və Viktoriya üçün bu həyəcanlı gündə “Wildfire” komandasının bir hissəsi olmaq eyni zamanda çox qürurvericidir” - Ariel Zukerberq öz “Facebook” hesabında yazıb.

Mark Zukerberqin böyük bacısından fərqli olaraq, Ariel ailə vəziyyətindən istifadə etmək istəməyib və karyerasını müstəqil qurmağa üstünlük verib.

Məlumat üçün bildirək ki, “Wildfire” şirkətinin hazırladığı proqram platforması müştərilərə marketinq kampaniyalarını və ticarət markasının mövqeyini eyni zamanda bir neçə onlayn-meydançada (Facebook, Twitter, LinkedIn, Pinterest və s.) idarə etməyə imkan yaradır. Marketoloqlar marka, tətbiq, videoçarx, reklam, promo-aksiya və digər məzmunun rəsmi səhifələrinə vahid platforma çərçivəsində nəzarət edə bilərlər. “Google” şirkəti sazişin qiymətini açıqlamayıb, lakin ekspertlər onu 250 milyon dollar həcmində qiymətləndiriblər.
 
EMİL



Baxış sayı: 1677

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024