12px13px15px17px
Tarix:01/08/12

“Bakcell” şirkəti dələduzluğa qarşı mübarizə aparır

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti məmnuniyyətlə elan edir ki, dələduzluq yolu ilə “SİM Boks” adlanan sistem vasitəsilə «Bakcell» şəbəkəsi üzərindən qanunsuz beynəlxalq zənglər edən Özbəkistan vətəndaşı Pulat İskanderovun  saxlanılması istiqamətində Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edib.

«Bakcell»in Dələduzluğa qarşı mübarizə şöbəsi tərəfindən “KeyNote SİGOS” və “Austria Telekom” şirkətlərinin sınaq proqramlarından, "GSM" kanalpaylayıcıları və digər texniki avadanlıqlardan (SİM Box) istifadə halları araşdırılıb. Xüsusi proqram təminatı sayəsində «Bakcell», səs trafikinin sonlandırılması üçün şirkətin  SİM kartlarından istifadə edən cihazlar aşkar edib.

Şirkət müvafiq strukturları bu barədə məlumatlandırıb və «Bakcell» şəbəkəsindən istifadə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan cinayətkarları həbs edən nazirlik ilə fəal şəkildə əməkdaşlıq edib.
 
“SİM Boks” dələduzluğu bütün dünyada mobil operatorların gəlirləri üçün ciddi təhlükə yaradır. Bu cür dələduzluq fəaliyyətləri nəticəsində hökumətlər və operatorlar böyük məbləğlərdə gəlir itkisinə məruz qalırlar. Qanunsuz zənglərin qarşısını almaq məqsədilə şirkətimizdə “SİM Boks” aşkarlama (SİM Box detection) sistemi istifadə olunur.

Biz bu cür texnologiyaların cinayətkarlar tərəfindən istifadə edildiyindən xəbərdarıq və onların saxlanılması və qanunla cəzalandırılması üçün nazirliyə tələb olunan dəstək göstərib gələcəkdə də fəal aşkarlama və araşdırma tədbirlərini həyata keçirəcəyik. Şirkətimiz bu cür halların qarşısının alınması üçün bütün lazımi və müasir texnologiyalara malikdir”, - deyə «Bakcell» şirkətinin baş direktoru Riçard Şirer bildirib.
 
Qeyd edək ki, müəyyən şəxslər və ya qruplar müxtəlif cihaz və SİM kartlarından istifadə edərək istənilən mobil operatorun şəbəkəsindən qanunsuz beynəlxalq zənglər təşkil etməkdədir. Həmin zənglər mobil operatorun şəbəkəsində yerli zəng kimi qeydiyyata alınır və beynəlxalq zənglərə aid böyük məbləğlərdə gəlir itkilərinə səbəb olur.
 




Baxış sayı: 1316

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024