12px13px15px17px
Tarix:02/08/12

“Facebook”un səhmlərinin qiyməti minimuma enib

“Facebook”un səhmlərinin qiyməti çərşənbə günü daha 3,8 faiz  azalaraq 20,88 dollar olub. Bu nəticə şirkətin birjaya çıxması anından qeydə alınmış mütləq tarixi minimumdur. Səhmlərin qiymətinin azalmasına şirkətin göstəricilərinin artım sürətinin zəifləməsi səbəb olub.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sosial şəbəkənin səhmləri əvvəlcə birjada 38 dollar qiymətinə yerləşdirilmişdi, lakin cari ilin mayından etibarən “Facebook”un səhmlərinin qiyməti azalmağa doğru gedir, çünki investorlar sosial şəbəkənin potensialının artıq tükəndiyindən narahatdırlar.

Məlumat üçün bildirək ki, “Facebook” cari ilin ikinci rübündə 1,18 milyard dollar həcmində mədaxil əldə edib, şirkətin əməliyyat marjası 192 milyon dollar təşkil edib.



EMİL




Baxış sayı: 1263

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024