Tarix:02/08/12
Təlimdə “Azərkosmos” ASC-nin mütəxəssisləri hazırda dünyada və Çində istifadədə olan rabitə və naviqasiya peyklərinin, o cümlədən Yerin müşahidəsi peyklərinin tətbiq texnologiyaları haqqında həm geniş konseptual biliklərə, həm də praktik bacarıqlara yiyələniblər. Təlim müddətində kosmik məhsulların tətbiq olunduğu bir sıra idarə və təşkilatlara ziyarət də təşkil olunub.
Sözügedən təlim Çin Kosmik Texnologiyalar Akademiyasının təşəbbüsü ilə təşkil olunub və Azərbaycan kimi kosmik fəaliyyətə yeni başlayan ölkələrin mütəxəssisləri üçün nəzərdə tutulub.
Təlimin sonunda iştirakçılara Çin Xalq Respublikası Elm və Texnologiya Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin sertifikatları verilib.
“Azərkosmos” ASC-nin əməkdaşları Çində təlimdə olublar
“Azərkosmos” ASC-nin əməkdaşları 9-28 iyul tarixində Çin Xalq Respublikasının Pekin şəhərində “Peyklərin tətbiq texnologiyaları” mövzusunda keçirilən təlimdə iştirak ediblər.Təlimdə “Azərkosmos” ASC-nin mütəxəssisləri hazırda dünyada və Çində istifadədə olan rabitə və naviqasiya peyklərinin, o cümlədən Yerin müşahidəsi peyklərinin tətbiq texnologiyaları haqqında həm geniş konseptual biliklərə, həm də praktik bacarıqlara yiyələniblər. Təlim müddətində kosmik məhsulların tətbiq olunduğu bir sıra idarə və təşkilatlara ziyarət də təşkil olunub.
Sözügedən təlim Çin Kosmik Texnologiyalar Akademiyasının təşəbbüsü ilə təşkil olunub və Azərbaycan kimi kosmik fəaliyyətə yeni başlayan ölkələrin mütəxəssisləri üçün nəzərdə tutulub.
Təlimin sonunda iştirakçılara Çin Xalq Respublikası Elm və Texnologiya Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin sertifikatları verilib.
Baxış sayı: 1390
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı