12px13px15px17px
Tarix:02/08/12

Mədəniyyət və turizm sahəsində yeni elektron xidmətlər hazırlanır

Mədəniyyət və Turizm Nazirliyi (MTN) üçün server otağı tikilərək istifadəyə verilib. Bu, “Elektron Hökumət” Dövlət İnformasiya Sisteminə (EHDİS) qoşulmaq üçün, serverlərin saxlanılması, xidmətlərin göstərilməsi, daxili informasiyanın qorunması üçün istifadə olunacaq».

Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqramlar təminatı şöbəsinin müdiri Qabil Abbasov “İCTnews” elektron xəbər xidmətinə bildirib ki, təmsil etdiyi nazirlik bir neçə “elektron imza” alıb.

Eyni zamanda 20-dək “e-imza”nın alınması üçün sifariş verib.MTN-in yeni elektron xidmətlər saytını (e-services.mct.gov.az) yaratdığını önə çəkən Q.Abbasovun sözlərinə görə, burada turizm sahəsi üzrə 12 elektron xidmət göstərilir: «Hazırda vətəndaşlar heç bir maneə ilə üzləşmədən bu xidmətlərdən istifadə edə bilərlər. Onu da qeyd edim ki, mədəniyyət sahəsi üzrə də elektron xidmətlər hazırlanır və yaxın zamanlarda onlar da sayta yüklənəcək».

Q.Abbasov deyib ki, nazirliyin “Elektron Hökumət” Dövlət İnformasiya Sisteminə qoşulması üçün optik xətt çəkilişi başa çatdırılıb: «İndi bununla bağlı bir sıra avadanlıqlar sifariş olunub. Onların da bir ay müddətində gətiriləcəyi gözlənilir. Bundan sonra “Elektron Hökumət”  portalına tam qoşulmamız təmin olunacaq».

SEYMUR




Baxış sayı: 1250

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024