12px13px15px17px
Tarix:02/08/12

“Facebook” sosial şəbəkəsində hesabların 9 faizi saxtadır

“Facebook” şirkəti ötən həftə rüblük nəticələri elan edən zaman həm də auditoriyasının 955 milyona çatdığı, mobil aylıq auditoriyasının isə 543 milyon təşkil etdiyi haqqında məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətin hesablamasına görə, hazırda “Facebook”da hesabların təxminən 8.7 faizi və ya 83,09 milyonu saxtadır.

Bu göstərici son iki ay ərzində mühüm dərəcədə artıb. Belə ki, sosial şəbəkənin 2012-ci ilin martına olan məlumatına görə, o zaman hesabların təxminən 5-6 faizi saxta idi.“Facebook” şirkətindən verilən məlumata görə, hesabların sayının uçotunu həm şəxsi statistika, həm də elan verənlər üçün aparır.




 
EMİL




Baxış sayı: 1401

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024