12px13px15px17px
Tarix:03/08/12

Qlobal şəbəkədə 628 milyon sayt fəaliyyət göstərir

“Netcraft” analitik şirkəti qlobal şəbəkədə fəaliyyət göstərən veb-sayt və şəxsi bloqların sayı haqqında məlumat dərc edib. “Netcraft”-ın məlumatına əsasən, ayın əvvəlində qlobal şəbəkədə 628170204 sayt fəaliyyət göstərib. Bu göstərici ötən ayla müqayisədə 38 milyon azdır.

Şirkətdən verilən məlumata görə, “Netcraft”-ın veb-saytların hesablanma meyarını müəyyənləşdirməsi ilə əlaqədar mənfi dinamika qeydə alınıb.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, statistikadan 242 fiziki IP ünvanda yerləşmiş təxminən 40 milyon sayt çıxarılıb.

Aparılmış bu təmizləmə əməliyyatları ilk növbədə “Apache” veb-serverinə mənfi təsir göstərib; hesabat dövrünün nəticəsinə görə onun bazasından təxminən 36 milyon host silinib və bazar payı hazırda 59 faiz təşkil edir.

EMİL




Baxış sayı: 1384

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024