Tarix:03/08/12
Belə ki, “Mobil Telekommunikasiya sahəsində Karyera” adlanan (Careers in Mobile Telecom - CiMT) illik proqram çərçivəsində, 45 nəfər universitet tələbəsi təcrübə proqramı vasitəsilə işə hazırlıq və biznes etika haqda biliklər əldə edəcək, mobil telekommunikasiyalar və idarəçiliyin əsaslarını öyrənəcəklər. Tələbələrin bacarıqlarının artırılmasına yönəlmiş fəaliyyətlərlə yanaşı, proqram çərçivəsində mobil telekommunikasiya şirkətində staj keçmə proqramı üzrə tədris kursunun yaradılması da nəzərdə tutulub.
Proqramda Mingəçevir və Gəncə şəhərlərinin 4 universitetinin üçüncü və dördüncü kurs tələbələri iştirak edəcək. “Bakcell” ixtisaslaşdırılmış praktiki hazırlıq və stajkeçmə proqramı vasitəsilə layihə iştirakçılarına əldə edilmiş bilikləri real iş yerində tətbiq etmək imkanı verəcək.
“Bakcell” şirkəti Azərbaycanın telekommunikasiya sektorunun ən əsas iştirakçılarından biridir və biz sürətlə inkişaf edən bu qabaqcıl sektorun daha da inkişaf etdirilməsi üçün İKT mütəxəssislərinin hazırlanmasının vacibliyini dərk edirik. “Bakcell” gənclərin təlimi və karyera inkişafı üçün sərmayələr yatırır və bu, bizim cəmiyyətin gələcəyinə yönəlmiş korporativ sosial məsuliyyətimizin bir hissəsidir.
Biz gənc tələbələrə mobil telekommunikasiya sahəsində bilik əldə etmək və geniş karyera imkanları olan bu sənayeyə daha yaxın olmaq üçün dəstək göstəririk” - deyə, “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
“Alcatel Lucent” şirkətinin dəstəyilə “Mobil Telekom Biznesində İT” təlim seanslarına Türkiyədən təlimçilər dəvət olunacaq.
2009-cu ildən etibarən “Bakcell” və “JAA Azerbaijan” Mobil Telekommunikasiya Biznesinə Giriş (MTBG) adlı birgə layihəni həyata keçirirlər. Proqram çərçivəsində 150 nəfərdən artıq texniki ixtisaslı universitet tələbəsinə “Bakcell” və “Alcatel-Lucent” şirkətlərində ixtisaslaşdırılmış praktiki hazırlıq və stajkeçmə proqramı vasitəsilə əldə edilmiş işə hazırlıq və biznes etika bacarıqlarını real iş yerində tətbiq etmək üçün imkan yaradılıb.
“Bakcell” yeni təşəbbüsə start verəcək
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “Junior Achievement Azərbaycan” təşkilatı ilə birgə gənclərin karyera çevikliyinin inkişaf etdirilməsinə yönəlmiş yeni bir təşəbbüsə start verib.Belə ki, “Mobil Telekommunikasiya sahəsində Karyera” adlanan (Careers in Mobile Telecom - CiMT) illik proqram çərçivəsində, 45 nəfər universitet tələbəsi təcrübə proqramı vasitəsilə işə hazırlıq və biznes etika haqda biliklər əldə edəcək, mobil telekommunikasiyalar və idarəçiliyin əsaslarını öyrənəcəklər. Tələbələrin bacarıqlarının artırılmasına yönəlmiş fəaliyyətlərlə yanaşı, proqram çərçivəsində mobil telekommunikasiya şirkətində staj keçmə proqramı üzrə tədris kursunun yaradılması da nəzərdə tutulub.
Proqramda Mingəçevir və Gəncə şəhərlərinin 4 universitetinin üçüncü və dördüncü kurs tələbələri iştirak edəcək. “Bakcell” ixtisaslaşdırılmış praktiki hazırlıq və stajkeçmə proqramı vasitəsilə layihə iştirakçılarına əldə edilmiş bilikləri real iş yerində tətbiq etmək imkanı verəcək.
“Bakcell” şirkəti Azərbaycanın telekommunikasiya sektorunun ən əsas iştirakçılarından biridir və biz sürətlə inkişaf edən bu qabaqcıl sektorun daha da inkişaf etdirilməsi üçün İKT mütəxəssislərinin hazırlanmasının vacibliyini dərk edirik. “Bakcell” gənclərin təlimi və karyera inkişafı üçün sərmayələr yatırır və bu, bizim cəmiyyətin gələcəyinə yönəlmiş korporativ sosial məsuliyyətimizin bir hissəsidir.
Biz gənc tələbələrə mobil telekommunikasiya sahəsində bilik əldə etmək və geniş karyera imkanları olan bu sənayeyə daha yaxın olmaq üçün dəstək göstəririk” - deyə, “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
“Alcatel Lucent” şirkətinin dəstəyilə “Mobil Telekom Biznesində İT” təlim seanslarına Türkiyədən təlimçilər dəvət olunacaq.
2009-cu ildən etibarən “Bakcell” və “JAA Azerbaijan” Mobil Telekommunikasiya Biznesinə Giriş (MTBG) adlı birgə layihəni həyata keçirirlər. Proqram çərçivəsində 150 nəfərdən artıq texniki ixtisaslı universitet tələbəsinə “Bakcell” və “Alcatel-Lucent” şirkətlərində ixtisaslaşdırılmış praktiki hazırlıq və stajkeçmə proqramı vasitəsilə əldə edilmiş işə hazırlıq və biznes etika bacarıqlarını real iş yerində tətbiq etmək üçün imkan yaradılıb.
Baxış sayı: 1212
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır