Tarix:03/08/12
Azərbaycan Yazıçılar Birliyinin maliyyə-texniki dəstəyi ilə YYSQ tərəfindən həyata keçirilən layihənin şəbəkə resursu Gənclər və İdman Nazirliyinə məxsusdur. Milli Virtual Kitabxanada (e-axtarış sistemli) 1-5 saniyə ərzində Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitabların elektron variantını əldə etmək mümkündür: “Saytda dünya ədəbiyyatından ana dilimizə çevrilmiş müxtəlif tərcümələr, maraqlı, intellektual yazılar, bilginin əsas istiqamətlərini əhatə edən oxunaqlı materiallar, şəbəkə əsərləri, yazarların rəngarəng bloq - şəbəkə gündəlikləri, qeydlər, şərhlər, ən yeni ədəbiyyat nümunələri, internet əsərləri və başqa mətnlər yer alıb. Şəbəkə resursunun əksər hissəsindən istifadə etmək pulsuzdur.
Portalda, eləcə də, oxucunu maraqlandıran kitabları kağız və elektron daşıyıcılar formatında əldə etmək imkanı var. Ölkə və xarici yazılı, internet, onlayn KİV-dəki ən maraqlı yazılarla vaxtaşırı tanış olmaq mümkündür”.
YYSQ sədri bildirib ki, milli və dünya elektron kitabxanalarının ünvanları, yazarların saytları, yazılı, eləcə də elektron KİV-in şəbəkə ocaqları, daha başqa maraqlı keçidləri də məhz burada axtarıb tapmaq imkanı var: “Milli Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə, bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir.
Bu unikal Milli Virtual Kitabxananın inkişaf etdirilməsinə böyük ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, e-kitabxananı Azərbaycanın gələcəyi baxımından inkişaf etdirmək vacibdir”.
Kitabxananın “Kulturoloji” layihəsi üzrə orta nəsil Azərbaycan yazarlarının əsərlərinin rəqəmsal formatda nəşrə hazırlanması, Virtual Kitabxanada yerləşdirilərək, anadilli internet resurslarının sayının artırılması da diqqət mərkəzindədir: “Yaşlı və yeni nəslin yaratdığı estetik-intellektual əsərlər İnternetdə yerləşdirilsə də, orta nəslə mənsub milli yazıçı və şairlər bu məsələdə böyük çətinliklərlə qarşılaşıblar. Orta ədəbi nəslin nümayəndələrinin çoxu hələ də kompyuter və yeni İKT vasitələrindən yaralana bilmir.
Eləcə də Azərbaycan daxilində və xaricdə yaşayan oxucular, xüsusən də yeniyetmə və gənclər tərəfindən anadilli ciddi ədəbi-bədii, elmi-intellektual kitab və əsərləri oxumaq, fərqli – yeni mütaliə mədəniyyətini qavramaq, yeni oxu vərdişlərinə yiyələnmək məsələsində böyük problemlər hiss olunur. Xaricdə yaşayan soydaşlarımız isə milli-mənəvi dəyərlərdən, azərbaycandilli kitab və ədəbiyyatdan kənar qalırlar, xüsusən də ən yeni ədəbiyyat nümunələrindən xəbərsizdilər”.
Sədrin sözlərinə görə, araşdırmalar göstərir ki, Azərbaycanda yeni nəslin nümayəndələri arasında bir qisim gənc kompyuter və internet bilgilərinə yiyələnsə də, ortada problemler var: “Yeniyetmələr və gənclər üçün ədəbiyyat və kitabların sayı, keyfiyyəti arzuolunan səviyyəyə çatmayıb, elektron kitablar, yeni nəslə ünvanlanmış saytlar, şəbəkə resursları, internetdə milli və bilgili resurslar, həmçinin təhsil və təlimin səmərəliliyini artırmaq üçün digər innovativ vasitələr sahəsində böyük boşluqlar var. Yeniyetmə və gənclərin mənəvi-estetik dünyagörüşlərinin formalaşmasından ötrü internetdə e-kitablar hazırlanmalı, xüsusən də nisbətən qayğıdan uzaq düşmüş orta nəsil yazarlar və şairlərin yaratmış olduğu yeni əsərlərin e-variantı hazırlanmalı, qlobal informasiya şəbəkəsində pulsuz istifadə üçün yerləşdirilməlidir.
Bu məqsədlə çağdaş oxuculara – ölkəmizdə və dünyada yaşayan soydaşlarımıza ünvanlanmış klassik, dünya, həmçinin milli ədəbiyyat və kitabların, orta nəsil yazarlarımızın yeni əsərləri internet resursları vasitəsilə çatdırılmaq, onların yaradıcılığını təbliğ etmək üçün anadilli ədəbiyyat resurslarımızı zənginləşdirmək, oraya girişlərin sayını artırmaq fikrindəyik. İnternet resursunda – Milli Virtual Kitabxanada orta nəsil yazarların dəyərli ədəbiyyat nümunələri yerləşdirilir.
Bu yaradıcı nəslin nümayəndələri üçün bloq sistemi hazırlanır, onlar anadilli internet resurslarını zənginləşdirməyə həvəsləndirilir, Azərbaycan mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini dünyaya yaymaqda ən yeni texnologiyalardan yararlanmaq öyrədilir.
Yeni nəslin nümayəndələrində innovativ şəbəkə - elektron oxu və yazı mədəniyyəti aşılanır; milli, anadilli internet – şəbəkə resurslarımız zənginləşdirilir. Orta nəsil, eləcə də yeniyetmə və gənclərin yazdıqları əsərləri internet səhifələr – bloqlar formasında nəşrə hazırlanır və şəbəkə resursunda yerləşdirilir.
Milli-mənəvi dəyərlərin qorunması, inkişafı, tanınması istiqamətində dünya azərbaycanlı gəncləri həvəsləndirilir, bir araya gəlməsinə çalışılır, çağdaş estetik-bədii söz sənətimizin zənginləşməsinə təkan verilir və b. Bir sözlə, məqsəd vətənə, dövlətçiliyimizə, tarix, mədəniyyət, ədəbiyyatımıza, milli-mənəvi dəyərlərə, ədəbi-mədəni sərvətlərimizə, ana dilimizə, azərbaycançılıq məfkurəsinə marağı gücləndirmək, eyni zamanda, Qlobal İnformasiya Şəbəkəsində “Virtual Azərbaycan”ı qurmaqda gənc nəslin iştirakını təmin etməkdir”.
Həqiqət İSABALAYEVA
“Gənclərin mənəvi-estetik dünyagörüşünün formalaşması üçün elektron kitablar hazırlanmalıdır”
“http://www.kitabxana.net/” - Milli Virtual Kitabxananın təqdimatında yeni layihəyə - “İnnovativ-kulturoloji ünvan - gənc yazarlar” layihəsinə start verilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Yeni Yazarlar və Sənətçilər Qurumunun (YYSQ) sədri, “www.kitabxana.net” - Milli Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) məlumat verib. Onun sözlərinə görə, sözügedən portal Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımları ilə həyata keçirdiyi Milli Virtual Kitabxana layihəsi əsasında qurulub.Azərbaycan Yazıçılar Birliyinin maliyyə-texniki dəstəyi ilə YYSQ tərəfindən həyata keçirilən layihənin şəbəkə resursu Gənclər və İdman Nazirliyinə məxsusdur. Milli Virtual Kitabxanada (e-axtarış sistemli) 1-5 saniyə ərzində Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitabların elektron variantını əldə etmək mümkündür: “Saytda dünya ədəbiyyatından ana dilimizə çevrilmiş müxtəlif tərcümələr, maraqlı, intellektual yazılar, bilginin əsas istiqamətlərini əhatə edən oxunaqlı materiallar, şəbəkə əsərləri, yazarların rəngarəng bloq - şəbəkə gündəlikləri, qeydlər, şərhlər, ən yeni ədəbiyyat nümunələri, internet əsərləri və başqa mətnlər yer alıb. Şəbəkə resursunun əksər hissəsindən istifadə etmək pulsuzdur.
Portalda, eləcə də, oxucunu maraqlandıran kitabları kağız və elektron daşıyıcılar formatında əldə etmək imkanı var. Ölkə və xarici yazılı, internet, onlayn KİV-dəki ən maraqlı yazılarla vaxtaşırı tanış olmaq mümkündür”.
YYSQ sədri bildirib ki, milli və dünya elektron kitabxanalarının ünvanları, yazarların saytları, yazılı, eləcə də elektron KİV-in şəbəkə ocaqları, daha başqa maraqlı keçidləri də məhz burada axtarıb tapmaq imkanı var: “Milli Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə, bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir.
Bu unikal Milli Virtual Kitabxananın inkişaf etdirilməsinə böyük ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, e-kitabxananı Azərbaycanın gələcəyi baxımından inkişaf etdirmək vacibdir”.
Kitabxananın “Kulturoloji” layihəsi üzrə orta nəsil Azərbaycan yazarlarının əsərlərinin rəqəmsal formatda nəşrə hazırlanması, Virtual Kitabxanada yerləşdirilərək, anadilli internet resurslarının sayının artırılması da diqqət mərkəzindədir: “Yaşlı və yeni nəslin yaratdığı estetik-intellektual əsərlər İnternetdə yerləşdirilsə də, orta nəslə mənsub milli yazıçı və şairlər bu məsələdə böyük çətinliklərlə qarşılaşıblar. Orta ədəbi nəslin nümayəndələrinin çoxu hələ də kompyuter və yeni İKT vasitələrindən yaralana bilmir.
Eləcə də Azərbaycan daxilində və xaricdə yaşayan oxucular, xüsusən də yeniyetmə və gənclər tərəfindən anadilli ciddi ədəbi-bədii, elmi-intellektual kitab və əsərləri oxumaq, fərqli – yeni mütaliə mədəniyyətini qavramaq, yeni oxu vərdişlərinə yiyələnmək məsələsində böyük problemlər hiss olunur. Xaricdə yaşayan soydaşlarımız isə milli-mənəvi dəyərlərdən, azərbaycandilli kitab və ədəbiyyatdan kənar qalırlar, xüsusən də ən yeni ədəbiyyat nümunələrindən xəbərsizdilər”.
Sədrin sözlərinə görə, araşdırmalar göstərir ki, Azərbaycanda yeni nəslin nümayəndələri arasında bir qisim gənc kompyuter və internet bilgilərinə yiyələnsə də, ortada problemler var: “Yeniyetmələr və gənclər üçün ədəbiyyat və kitabların sayı, keyfiyyəti arzuolunan səviyyəyə çatmayıb, elektron kitablar, yeni nəslə ünvanlanmış saytlar, şəbəkə resursları, internetdə milli və bilgili resurslar, həmçinin təhsil və təlimin səmərəliliyini artırmaq üçün digər innovativ vasitələr sahəsində böyük boşluqlar var. Yeniyetmə və gənclərin mənəvi-estetik dünyagörüşlərinin formalaşmasından ötrü internetdə e-kitablar hazırlanmalı, xüsusən də nisbətən qayğıdan uzaq düşmüş orta nəsil yazarlar və şairlərin yaratmış olduğu yeni əsərlərin e-variantı hazırlanmalı, qlobal informasiya şəbəkəsində pulsuz istifadə üçün yerləşdirilməlidir.
Bu məqsədlə çağdaş oxuculara – ölkəmizdə və dünyada yaşayan soydaşlarımıza ünvanlanmış klassik, dünya, həmçinin milli ədəbiyyat və kitabların, orta nəsil yazarlarımızın yeni əsərləri internet resursları vasitəsilə çatdırılmaq, onların yaradıcılığını təbliğ etmək üçün anadilli ədəbiyyat resurslarımızı zənginləşdirmək, oraya girişlərin sayını artırmaq fikrindəyik. İnternet resursunda – Milli Virtual Kitabxanada orta nəsil yazarların dəyərli ədəbiyyat nümunələri yerləşdirilir.
Bu yaradıcı nəslin nümayəndələri üçün bloq sistemi hazırlanır, onlar anadilli internet resurslarını zənginləşdirməyə həvəsləndirilir, Azərbaycan mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini dünyaya yaymaqda ən yeni texnologiyalardan yararlanmaq öyrədilir.
Yeni nəslin nümayəndələrində innovativ şəbəkə - elektron oxu və yazı mədəniyyəti aşılanır; milli, anadilli internet – şəbəkə resurslarımız zənginləşdirilir. Orta nəsil, eləcə də yeniyetmə və gənclərin yazdıqları əsərləri internet səhifələr – bloqlar formasında nəşrə hazırlanır və şəbəkə resursunda yerləşdirilir.
Milli-mənəvi dəyərlərin qorunması, inkişafı, tanınması istiqamətində dünya azərbaycanlı gəncləri həvəsləndirilir, bir araya gəlməsinə çalışılır, çağdaş estetik-bədii söz sənətimizin zənginləşməsinə təkan verilir və b. Bir sözlə, məqsəd vətənə, dövlətçiliyimizə, tarix, mədəniyyət, ədəbiyyatımıza, milli-mənəvi dəyərlərə, ədəbi-mədəni sərvətlərimizə, ana dilimizə, azərbaycançılıq məfkurəsinə marağı gücləndirmək, eyni zamanda, Qlobal İnformasiya Şəbəkəsində “Virtual Azərbaycan”ı qurmaqda gənc nəslin iştirakını təmin etməkdir”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 4734
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib