12px13px15px17px
Tarix:03/08/12

Peşəkarların sosial şəbəkəsi hesabat verdi

“LinkedIn” peşəkar sosial şəbəkəsi bu gün rüblük məlumatlarını dərc edib.“LinkedIn”-nin baş direktoru Ceff Veyner bildirib ki, onun şirkəti kadr agentlikləri və heyət üzrə xidmətlər üçün ticarət xidmətlərini inamla inkişaf etdirir və  ötən ilin mayında “Nasdaq”-da keçirilmiş IPO bütövlükdə uğurlu olub.

Rüblük məlumatların dərc edilməsindən sonra “LinkedIn”-nin birjadakı səhmlərinin qiyməti 6.9 faiz artaraq 100 dollar təşkil edib.

Şirkət 2012-ci ilin ikinci rübündə müsbət nəticə göstərib. 1 il ərzində satışların həcmi 89 faiz artaraq 228,2 milyon dollar təşkil edib. Şirkətin mədaxili peşəkar xidmətlərin inkişafına yatırılan investisiyaların artması fonunda azalıb. İkinci rübdə “LinkedIn” şirkətinin xalis mənfəəti 2,81 milyon dollara bərabər olub. Müqayisə üçün bu göstərici 1 il əvvəl 4,51 milyon dollar təşkil etmişdi. Şirkətin əməliyyat mənfəəti 1 səhm üçün 16 sent təşkil edib. Şirkətin daxili xərcləri 93 faiz artaraq 214,7 milyon dollar təşkil e

İkinci rübün nəticəsinə görə, “LinkedIn” şəbəkəsinin iştirakçılarının sayı hazırda 175 milyon təşkil edir. “LinkedIn” şirkətindən verilən məlumata əsasən, şəbəkə istifadəçilərinin təxminən 23 faizi resursdan mobil platformalar vasitəsilə istifadə edirlər.
 
EMİL




Baxış sayı: 1287

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024