12px13px15px17px
Tarix:03/08/12

Vergi ödəyicilərinə internet üzərindən göstərilən elektron xidmətlərin çeşidi və həcmi artıb

Cari ilin birinci yarısında vergi ödəyicilərinə internet üzərindən göstərilən elektron xidmətlərin çeşidi və həcmi daha da genişləndirilib. Vergi ödəyicisinin və onun filial, nümayəndəlik və digər təsərrüfat subyektlərinin (obyektlərinin) fəaliyyətinin bərpası, vergi ödəyicisinin filial, nümayəndəlik və digər təsərrüfat subyektlərinin (obyektlərinin) və POS-terminalların qeydiyyatı əməliyyatlarının internet üzərindən həyata keçirilməsi üçün zəruri proqram servisləri hazırlanaraq istifadəyə verilib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Vergilər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, vergi və rüsumların internet vasitəsilə ödənilməsi üçün elektron ödəniş sisteminin yaradılması layihəsi üzrə işlər başa çatdırılıb və 2012-ci ilin 12 aprel tarixindən etibarən istifadəyə verilib: “Ötən dövr ərzində 20,9 milyon manatdan artıq vəsait dövlət büdcəsinə elektron qaydada ödənilib.

Həmçinin, vergi, rüsum, icarə haqqı və digər ödənişlərin bankdankənar qaydada dövlət qurumlarına birbaşa ödənilməsinin aradan qaldırılması və bütövlükdə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları” və “Azərbaycan Respublikası ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın layihələri hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib”.

Nazirlikdən qeyd edilib ki, bu ilin 1 iyul tarixinə qədər qeydiyyatda olan POS-terminalların sayı 33.268 təşkil edib: “2012-ci ilin birinci yarısında 23.729 POS-terminal aparatına qeydiyyat nömrəsi verilib ki, bunlardan da 22.604-ü elektron qaydada qeydiyyata alınıb. 2012-ci ilin birinci yarısında elektron qaydada qeydiyyata alınmış POS-terminalların xüsusi çəkisi 95,3 faiz təşkil edib”.
 
HƏQİQƏT




Baxış sayı: 702

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024