12px13px15px17px
Tarix:04/08/12

Lənkaranda hər bir ev genişqolaqlı internetlə təmin olunacaq

Ölkəmizin şəhərləri sırasında özünəməxsusluğu ilə seçilən Lənkəranda bütün sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsində də sürətli işlər həyata keçirilir. Şəhərdə “Elektron Hökumət” Dövlət Proqramına uyğun olaraq, bütün dövlət strukturlarının, təhsil müəssisələrinin genişzolaqlı internet xidmətləri ilə təmin edilməsi, “hər bir ev üçün genişzolaqlı internet” layihəsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Lənkəran Telekommunikasiya Qovşağının rəisi Camal Əkbərov nəzərdə tutulan tədbirlər planına uyğun olaraq qovşağın xidmət ərazisində rabitəni beynəlxalq standartlar səviyyəsinə çatdırmaq və keyfiyyətini daha da yüksəltmək məqsədilə stansiyalarda istismar işlərinin aparıldığını bildirib. Onun sözlərinə görə, əhalinin yüksək keyfiyyətli telefon rabitəsi ilə təmin edilməsi məqsədilə şəhər “EATS-5” ilə “EATS-4” arasında “STM-1” avadanlıgı istismara verilib.

“Aztelekom” İB-nin reallaşdırdığı “İnternetin inkişaf konsepsiyası”na uyğun olaraq, rayonda internet istifadəçilərinin sayı 3533 nəfərə çatıb ki, bundan 1560 nəfəri “Aztelekom Net” internet provayderinin, 1973 abonent digər özəl provayderlərin abunəçisidir. (“Avirtel” 396 ədəd, “Data plus” 730 ədəd, “Azəronlayn” 806 ədəd, “Azedunet” 18 ədəd, “Smart” 22 ədəd, “Azdatakom” 1 ədəddir). Rəis C.Əkbərov bildirib ki, birliyin konsepsiyasına uyğun qarşıya qoyulan məqsədlərə nail olmaq üjün “EATS-4”-də tutumu 896 ədəd, “EATS-5”-də tutumu 224 ədəd, Liman qəsəbəsində 128 tutumlu, Vilvan kəndində 64 tutumlu, Şürük kəndində 128 tutumlu, Mamusta kəndində 128 tutumlu, Göyşaban kəndində 64 tutumlu, Girdəni kəndində 32 tutumlu, Xanbulan kəndində 32 tutumlu, Qumbaşı kəndində 32 tutumlu , Boladı kəndində 112 tutumlu, Xolmili kəndində 64 tutumlu, Şaglaser kəndində 128 tutumlu, Qrumba kəndində 32 tutumlu, RVO kəndində 48 tutumlu, Hirkan qəsəbəsində 96 tutumlu, Veravul kəndində 48 tutumlu, Gərmətük qəsəbəsində 48 tutumlu, Vel kəndində 48 tutumlu portluq olmaqla jəmi 17 kənd və qəsəbələrdə 2336 tutumlu DSLAM və transmissiya avadanlıqları quraşdırılıb.

Şaglaser kəndi ilə mərkəz arasında rabitə əlaqəsi birləşdirici xətt fiber-optik kabellə həyata keçirilməyə başlanılıb. Qalan 19 qəsəbə və kəndlərdə DSLAM avadanlıgı quraşdırmaq məqsədilə fiber-optik kabellərin çəkilişi aparılır və avadanlıqların alınması üçün tədbirlər görülür. Qadınlar arasında Dünya çempionatının keçirilməsi ilə əlaqədar Tədbirlər Planına uygun, Lənkəran şəhərinin mərkəzi stadionu akkreditasiya mərkəzinin FİFA-qərargahına kabel xətləri çəkilib istismara verilib. TKQ-nin istismar ərazisində magistral yol boyu rabitə xətləri normaya uygunlaşdırılıb.

Əhali və təşkilatlara rabitə xidmətinin dünya standartlarına uygun göstərilməsi məqsədilə rayonun Qrumba kəndində 160 tutumlu yeni EATS quraşdırılıb, istismara verilib. Lənkəran TKQ -32157 istismar tutumu olan əhali, idarə və təşkilatlara stasionar rabitə xidməti, 22 müxtəlif kbit saniyəli kanallar 11 Bankomat, 13 POS-terminal, xidməti göstərir. Görülən işlərin nətijəsində Lənkəran TKQ-də tarif gəliri proqnozu 101,4 % ijra edilib. Lənkəran rabitəsinin beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə işlər mütəmadi davam etdirilir.

RƏVAN



Baxış sayı: 3148

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024