Tarix:06/08/12
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, avqustun 6-da İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərin təqdimatı keçirilib. Tədbirdə Vergilər, Rabitə və İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı, Maliyyə, Sənaye və Energetika, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və Mərkəzi Bankın, eləcə də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD), Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Beynəlxalq Valyuta Fondunun (İMF), Dünya Bankının nümayəndələri və sahibkarlar iştirak ediblər.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatın dinamik inkişaf etdiyini, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndiyini qeyd edib. İqtisadiyyatın digər sahələri kimi, informasiya texnologiyaları sahəsində də ciddi irəliləyişlər əldə olunur. Ölkəmizdə iqtisadiyyatın bütün sahələrində yeni və qabaqcıl informasiya texnologiyalarının tətbiqinə böyük önəm verilir.
Diqqətə çatdırılıb ki, elektron xidmətlərin tətbiqi modern və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın daha da artırılması, sahibkarlarla birbaşa təmasın minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir, işin səmərəli təşkilinə, vaxt itkisinin qarşısının alınmasına imkan verir.
Tədbirdə qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin “http://www.economy.gov.az/” internet saytında elektron xidmətlər bölməsi yaradılıb.
Bu bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə verilən lisenziyalar və sertifikatlar, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə və digər sənədlərin elektron forması yerləşdirilib. Ümumilikdə, nazirlik tərəfindən elektron xidmətlər bölməsində 7 istiqamətdə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir.
İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə qanunvericiliklə müəyyən olunmuş bütün dövlət rüsumlarının və xidmət haqlarının sahibkarlıq subyektləri tərəfindən elektron qaydada ödənilməsi məqsədilə həm real vaxt rejimində elektron (on-layn), həm də ödənişə dair təsdiqedici sənədlərin elektron müraciətə əlavə edilməklə həyata keçirilməsi təmin olunub.
Vətəndaşların və sahibkarlıq subyektlərinin ehtiyacları öyrənilərək İqtisadi İnkişaf Nazirliyinin elektron informasiya resursları vasitəsilə əlavə olaraq vətəndaşların onlayn rejimində qəbula yazılmaları, onların müraciətlərinin onlayn rejimdə qəbulu və cavablandırılması, vətəndaşların nazirliyin məsul işçiləri ilə canlı videoəlaqəsi, vətəndaşlarla onlayn rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), sahibkarlar və vətəndaşlar üçün uzaqdan onlayn rejimində videotəlim sistemi, “http://www.icazeler.gov.az/” icazələrin elektron informasiya portalı, “http://www.b2b.az/” elektron ticarət portalı, sahibkarlıq subyektləri və vətəndaşlar üçün nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informasiya növlü elektron xidmətlərin göstərilməsi təşkil olunub.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev, İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatının (SECO) Azərbaycan üzrə nümayəndəsi Nailə Səfərova və Beynəlxalq Maliyyə Korporasiyasının layihə rəhbəri İrina Niderberger elektron xidmətlərin tətbiqinin bu sahədə səmərəliliyin yüksəlməsinə, sahibkarlar və icra strukturları arasında əlaqələrin keyfiyyətinin yaxşılaşmasına, operativliyin təmin olunmasına, şəffaflığın daha da artırılmasına müsbət təsir göstərdiyini bildirmiş, qabaqcıl texnologiyaların tətbiqi ilə elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini qeyd etmişlər.
Sonra malın mənşə sertifikatının, yeyinti məhsullarına keyfiyyət sertifikatının verilməsi və kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması əyani şəkildə nümayiş etdirilmiş, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Həqiqət İSABALAYEVA
Niyazi Səfərov: “İqtisadiyyatın digər sahələri kimi, informasiya texnologiyaları sahəsində də ciddi irəliləyişlər əldə olunur”
“Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” və “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanı, eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar çərçivəsində İqtisadi İnkişaf Nazirliyində müasir texnologiyaların yaratdığı imkanlardan geniş istifadə edilməklə bir sıra işlər görülmüşdür.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, avqustun 6-da İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərin təqdimatı keçirilib. Tədbirdə Vergilər, Rabitə və İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı, Maliyyə, Sənaye və Energetika, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və Mərkəzi Bankın, eləcə də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD), Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Beynəlxalq Valyuta Fondunun (İMF), Dünya Bankının nümayəndələri və sahibkarlar iştirak ediblər.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatın dinamik inkişaf etdiyini, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndiyini qeyd edib. İqtisadiyyatın digər sahələri kimi, informasiya texnologiyaları sahəsində də ciddi irəliləyişlər əldə olunur. Ölkəmizdə iqtisadiyyatın bütün sahələrində yeni və qabaqcıl informasiya texnologiyalarının tətbiqinə böyük önəm verilir.
Diqqətə çatdırılıb ki, elektron xidmətlərin tətbiqi modern və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın daha da artırılması, sahibkarlarla birbaşa təmasın minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir, işin səmərəli təşkilinə, vaxt itkisinin qarşısının alınmasına imkan verir.
Tədbirdə qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin “http://www.economy.gov.az/” internet saytında elektron xidmətlər bölməsi yaradılıb.
Bu bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə verilən lisenziyalar və sertifikatlar, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə və digər sənədlərin elektron forması yerləşdirilib. Ümumilikdə, nazirlik tərəfindən elektron xidmətlər bölməsində 7 istiqamətdə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir.
İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə qanunvericiliklə müəyyən olunmuş bütün dövlət rüsumlarının və xidmət haqlarının sahibkarlıq subyektləri tərəfindən elektron qaydada ödənilməsi məqsədilə həm real vaxt rejimində elektron (on-layn), həm də ödənişə dair təsdiqedici sənədlərin elektron müraciətə əlavə edilməklə həyata keçirilməsi təmin olunub.
Vətəndaşların və sahibkarlıq subyektlərinin ehtiyacları öyrənilərək İqtisadi İnkişaf Nazirliyinin elektron informasiya resursları vasitəsilə əlavə olaraq vətəndaşların onlayn rejimində qəbula yazılmaları, onların müraciətlərinin onlayn rejimdə qəbulu və cavablandırılması, vətəndaşların nazirliyin məsul işçiləri ilə canlı videoəlaqəsi, vətəndaşlarla onlayn rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), sahibkarlar və vətəndaşlar üçün uzaqdan onlayn rejimində videotəlim sistemi, “http://www.icazeler.gov.az/” icazələrin elektron informasiya portalı, “http://www.b2b.az/” elektron ticarət portalı, sahibkarlıq subyektləri və vətəndaşlar üçün nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informasiya növlü elektron xidmətlərin göstərilməsi təşkil olunub.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev, İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatının (SECO) Azərbaycan üzrə nümayəndəsi Nailə Səfərova və Beynəlxalq Maliyyə Korporasiyasının layihə rəhbəri İrina Niderberger elektron xidmətlərin tətbiqinin bu sahədə səmərəliliyin yüksəlməsinə, sahibkarlar və icra strukturları arasında əlaqələrin keyfiyyətinin yaxşılaşmasına, operativliyin təmin olunmasına, şəffaflığın daha da artırılmasına müsbət təsir göstərdiyini bildirmiş, qabaqcıl texnologiyaların tətbiqi ilə elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini qeyd etmişlər.
Sonra malın mənşə sertifikatının, yeyinti məhsullarına keyfiyyət sertifikatının verilməsi və kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması əyani şəkildə nümayiş etdirilmiş, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 2883
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır