Tarix:07/08/12
“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, “Nokia” şirkəti “WP8” platforması ilə işləyən aparatlarını birinci təqdim edəcək, çünki o, “Microsoft”un smartfon bazarı üzrə əsas partnyorudur. Bundan əlavə, “Samsung”, “Huawei” və “HTC” şirkətləri də “WP-8” aparatları istehsal etmək üzrə planları haqqında bildiriblər.
Məlumat üçün bildirək ki, “Microsoft” şirkəti yeni “Windows Phone 8” mobil platformasını iyunda təqdim edib. Sistemin əvvəlki versiyası (Windows Phone 7) ilə işləyən smartfonlar yenilənmiş platformanın quraşdırılmasını dəstəkləməyəcək.
“Canalys” analitik şirkətinin məlumatına görə, 2012-ci ilin ikinci rübünün nəticəsinə görə satılmış smartfonlar arasında “Windows Phone” platformasının payı 3,2 faiz təşkil edib. Müqayisə üçün bildirək ki, “Android” platformasının payı 68,1 faizə, “Apple iOS”-un bazar payı isə 16,4 faizə bərabər olub.
EMİL
“Nokia” “Windows Phone 8” ilə işləyən smartfonlarını sentyabrda təqdim edəcək
“Nokia” şirkəti yeni “Windows Phone 8” (WP8) mobil əməliyyat sistemi ilə işləyən birinci smartfonlarını 5-6 sentyabrda keçiriləcək “Nokia World” konfransında təqdim edəcək; bu qurğular satışa yeni il ərəfəsi çıxarılacaq.“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, “Nokia” şirkəti “WP8” platforması ilə işləyən aparatlarını birinci təqdim edəcək, çünki o, “Microsoft”un smartfon bazarı üzrə əsas partnyorudur. Bundan əlavə, “Samsung”, “Huawei” və “HTC” şirkətləri də “WP-8” aparatları istehsal etmək üzrə planları haqqında bildiriblər.
Məlumat üçün bildirək ki, “Microsoft” şirkəti yeni “Windows Phone 8” mobil platformasını iyunda təqdim edib. Sistemin əvvəlki versiyası (Windows Phone 7) ilə işləyən smartfonlar yenilənmiş platformanın quraşdırılmasını dəstəkləməyəcək.
“Canalys” analitik şirkətinin məlumatına görə, 2012-ci ilin ikinci rübünün nəticəsinə görə satılmış smartfonlar arasında “Windows Phone” platformasının payı 3,2 faiz təşkil edib. Müqayisə üçün bildirək ki, “Android” platformasının payı 68,1 faizə, “Apple iOS”-un bazar payı isə 16,4 faizə bərabər olub.
EMİL
Baxış sayı: 1226
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır