Tarix:07/08/12
Bununla yanaşı, avropalıların istehlakçı vərdişlərinin dəyişməsi iqtisadiyyata və şirkətlərin gəlirlərinə uzunmüddətli təsir göstərə bilər».
Son statistik məlumatlar göstərib ki, avrozona ölkələrinin 17-də istehlakçı əminliyi göstəricisi 2009-cu ildən indiyədək ən aşağı həddə düşüb.
Bu il Qərbi Avropada mal və xidmətlər üzrə istehlak xərclərinin 0,9% azalması gözlənilir. Artıq fransızlar bu ilin II rübündə I rübə nisbətən 0,2% az pul xərcləyiblər. «Euromonitor International» şirkətinin apardığı bazar araşdırmaları göstərib ki, baş verənlər ən çox ərzaq bazarına təsir edir.
Uzun illər ərzində avropalılar ev üçün ərzaq mallarına amerikalılardan az qala 2 dəfə çox pul xərcləyirdilər. Amma yüksək qiymətlər insanları ərzağa da qənaət etməyə vadar edir. Bu il Qərbi Avropada ailə üçün ərzaq xərcləri 2,7% azalacaq. İstehlakçılar sərt qənaət rejiminə keçir və daha çox endirimli qiymətlə mal satan supermarketlərdən alqı-satqı etməyə üstünlük verirlər.
SEYMUR
Avropa əhalisi daha çox internet-mağazalardakı endirimlərdən istifadə edir
Avropanın bir sıra ölkələrində baş verən iqtisadi böhran avrozonada yerləşən digər dövlətlərə də təsir edib. Bu səbəbdəndir ki, Avropa əhalisi öz ölkələrinin çağırışlarına qoşularaq qənaət etməyə başlayıblar. Belə ki, avrozonada yaşayanlar daha ucuz ərzaq alır, iri alqı-satqıları azaldır və getdikcə daha çox internet-mağazalardakı endirimlərdən istifadə edirlər. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, hazırda Avropada işsizlik rekord həddədir, tənəzzül dərinləşir.Bununla yanaşı, avropalıların istehlakçı vərdişlərinin dəyişməsi iqtisadiyyata və şirkətlərin gəlirlərinə uzunmüddətli təsir göstərə bilər».
Son statistik məlumatlar göstərib ki, avrozona ölkələrinin 17-də istehlakçı əminliyi göstəricisi 2009-cu ildən indiyədək ən aşağı həddə düşüb.
Bu il Qərbi Avropada mal və xidmətlər üzrə istehlak xərclərinin 0,9% azalması gözlənilir. Artıq fransızlar bu ilin II rübündə I rübə nisbətən 0,2% az pul xərcləyiblər. «Euromonitor International» şirkətinin apardığı bazar araşdırmaları göstərib ki, baş verənlər ən çox ərzaq bazarına təsir edir.
Uzun illər ərzində avropalılar ev üçün ərzaq mallarına amerikalılardan az qala 2 dəfə çox pul xərcləyirdilər. Amma yüksək qiymətlər insanları ərzağa da qənaət etməyə vadar edir. Bu il Qərbi Avropada ailə üçün ərzaq xərcləri 2,7% azalacaq. İstehlakçılar sərt qənaət rejiminə keçir və daha çox endirimli qiymətlə mal satan supermarketlərdən alqı-satqı etməyə üstünlük verirlər.
SEYMUR
Baxış sayı: 794
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib