12px13px15px17px
Tarix:07/08/12

Azərbaycana daxil olan trafikin orta sürəti 3,20 Mbit/saniyə təşkil edir

"Ookla" şirkətinin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 3,20 Mbit/saniyə təşkil edir. Bu barədə  sözügedən şirkətin yaydığı məlumatda deyilir.Bakı üzrə bu göstərici 3,18 Mbit/s, Sumqayıt üzrə isə 2,53 Mbit/s təşkil edir.

Nəticələr şirkətin iyulun 7-dən avqustun 5-dək apardığı eksperimental araşdırmaların əsasında əldə edilib. Testlərin aparılması üçün 276 404 unikal IP ünvanı seçilib.Azərbaycan daxil olan trafik reytinqi üzrə 118-ci yeri tutub.

Reytinqdə Azərbaycanın 20 internet servis provayderi və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri yer alıb. Araşdırmaların aparıldığı dövrdə sadalanan rabitə qurumlarının şəbəkələrində daxil olan trafikin maksimum sürəti 21,32 Mbit/s ("Eurosel"), minimum isə 1,99 Mbit/s ("Bakcell") təşkil edib.
Xaric olan trafik üzrə reytinqdə Azərbaycan 108-ci yeri tutub. Burada istifadəçilər şəbəkəyə 1,37 Mbit/s sürətlə çıxırlar. Bakı üzrə bu göstərici 1,27 Mbit/s, Sumqayıt üzrə isə 0,72 Mbit/s təşkil edir.

Xaric olan trafik üzrə reytinqdə Azərbaycanın 20 internet-servis-provayderi və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri də yer alıb. Araşdırmaların aparıldığı dövrdə sadalanan rabitə qurumlarının şəbəkələrində xaric olan trafikin maksimum sürəti 18,92 Mbit/s ("Eurosel" şəbəkəsi), minimum isə 0,49 Mbit/s (Azerbaijan Data Network şəbəkəsi) olub.




Baxış sayı: 1463

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024