12px13px15px17px
Tarix:07/08/12

DGK-da vahid elektron şəbəkənin qurulması işləri davam etdirilir

Dövlət Gömrük Komitəsində (DGK) son zamanlar digər aidiyyəti icra orqanları ilə məlumatların birgə elektron qaydada mübadilə edilməsi və vahid şəbəkənin qurulması istiqamətində işlər davam etdirilir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə komitədən məlumat verilib.

Qurumdan qeyd edilib ki, ümumilikdə “Bir pəncərə” sistemi gömrük rəsmiləşdirilməsi əməliyyatlarının avtomatlaşdırılmış qaydada həyata keçirilməsini, bu işə sərf olunan vaxtın minimuma endirilməsini təmin edib: “Bununla da xarici iqtisadi fəaliyyət iştirakçılarına və fiziki şəxslərə göstərilən xidmətin səviyyəsi yaxşılaşıb. “Vahid pəncərə” bütövlükdə gömrük orqanlarında idarəçiliyin təkmilləşdirilməsinə imkan yaradıb”.

Bununla yanaşı, gömrük ödənişlərinin bank və ya plastik kart vasitəsilə alınması təşkil olunub, bütün gömrük idarələrində POS-terminallar quraşdırılıb və ya müvafiq bankların filialları açılıb. Hazırda gömrük ödənişlərinin 97 faizinin nağdsız qaydada alınması təşkil edilib: “Şəffaflığın artırılması və nəzarətin təkmilləşdirilməsi istiqamətində gömrük orqanlarında daim müvafiq tədbirlər həyata keçirilir.

Aidiyyəti tədbirlərin, o cümlədən, şəffaflığın təmin olunması, korrupsiyaya qarşı mübarizənin aparılması prezidentin fərman və sərəncamları ilə təsdiq olunmuş Dövlət Proqramı və Milli Strategiyada təsbit olunmuş müddəalara uyğun olaraq həyata keçirilməklə xarici iqtisadi fəaliyyət iştirakçılarına böyük həcmdə idxal-ixrac əməliyyatlarının aparılmasına imkan verir.

Ötən dövr ərzində gömrük xidmətinin fəaliyyəti avtomatlaşdırılmış vahid idarəetmə sisteminə keçilib. Bu sistem ölkədə ticarətin liberallaşdırılması, iş adamlarına daha əlverişli iş şəraitinin yaradılması istiqamətində mühüm addımların atıldığını bir daha göstərir”.
 
HƏQİQƏT




Baxış sayı: 1192

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024