12px13px15px17px
Tarix:08/08/12

İtaliyanın “İnteks” şirkəti informasiya texnologiyaları sahəsində yerli sahibkarlarla birgə çalışmaq fikrindədir

Azərbaycanlı sahibkarlara əməkdaşlıq təklifi bu dəfə İtaliyadan gəlib. Belə ki, İtaliyanın “İnteks” şirkəti informasiya texnologiyaları sahəsində yerli sahibkarlarla birgə çalışmaq fikrindədir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

AZPROMO-dan bildirilib ki, “İnteks” İtaliyanın proqram təminatı və yüksək texnologiyalara əsaslanan qabaqcıl elektron sistemlər sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biridir: “Şirkət əsasən, kosmik sənaye, müdafiə sənayesi, nəqliyyat və rabitə sahələrində çalışır. “İnteks” sistem mühəndisliyi, müşahidə və nəzarət sistemləri, rabitə və məlumat şəbəkələri, əməliyyat sistemləri və digər sahələrdə ixtisaslaşıb. Şirkətə dair ətraflı məlumat “http://www.intecs.it/” internet səhifəsində əldə edilə bilər”.

Şirkətin təklif etdiyi istiqamətlərə gəlincə, “İnteks” Azərbaycanla hava limanları - hava limanlarının idarəçiliyi üçün kompleks sistemlər; kosmik sənaye - ərazilərinin, kənd təsərrüfatının, kadastrların izlənilməsi üçün mikropeyklər, hava və dəniz nəqliyyatına nəzarət sistemləri, eləcə də dəmir yolları üçün siqnal sistemləri sahələrində əməkdaşlıq qurmaq niyyətində olduğunu bildirib.

AZPROMO-dan qeyd edilib ki, təklifə marağı yarananlar, Azərbaycanın İtaliyadakı səfirliyinə (Ünvan: Viale Regina Margherita 1,00198; tel.: (3906) 85 30 55 57; fax: (3906) 85 83 14 48; e-mail: roma@mission.mfa.gov.az) müraciət edə bilərlər.

HƏQİQƏT




Baxış sayı: 1564

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024