Tarix:08/08/12
Məsələn, Azərbaycanda bu vaxta qədər iş axtarışı üçün ətrafındakı tanışlardan soruşmaqla kifayətlənib, məşğulluq orqanlarına ayaq döyməkdən bezənlər bundan sonra internetə əlçatanlığı təmin edilən istənilən məkanda yeni iş yerləri ilə maraqlana biləcəklər. Təqdim edilən elektron xidmət sayəsində arzulanan peşə və ixtisaslarla bağlı vakansiyalar üzrə məlumat əldə etmək daha asan olacaq.
“ICTnews” elektron xəbər xidmətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, “Məşğulluq orqanları vasitəsilə iş axtarışı” adlanan bu xidmət işsiz və işaxtaran vətəndaşların Məşğulluq Xidməti orqanlarına təqdim olunan boş (vakant) iş yerləri haqqında, eləcə də sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların kvota yerləri üzrə müəyyən edilmiş iş yerləri barədə elektron qaydada və daha rahat şəkildə ətraflı məlumat əldə etməsini nəzərdə tutur.
Yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən bu elektron xidmət qismən avtomatlaşdırılıb: “Vətəndaşlar bu xidmət vasitəsi ilə arzuladıqları region və peşə, eləcə də ixtisas üzrə hazırda mövcud olan vakansiyalar haqqında ən geci 3 dəqiqə ərzində ətraflı məlumat əldə edə bilərlər.
Bu xidmət işsiz və işaxtaran vətəndaşların peşə və ixtisaslarına uyğun, arzuladıqları region üzrə münasib işlə təmin olunmaq imkanlarını genişləndirəcək”. Ödənişsiz həyata keçirilən bu xidmətdən yalnız Azərbaycan vətəndaşları istifadə edə bilər: “Bu sahədə elektron xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəsmi internet saytı olan http://www.ses.gov.az/ üzərindən təqdim edilir”.
Vətəndaşlar tərəfindən vakansiyalar haqqında məlumat əldə etmək üçün heç bir sənəd tələb olunmur və xidmət məhdudiyyətsiz olaraq göstərilir: “Vətəndaşlar başlanğıc səhifədə “İş”, “Region” və “Axtar” düymələrini ekranda görür. İş və region seçilmədən “Axtar” düyməsini basmaq olmaz. Əks halda, ekranda müvafiq görüntü görsənir. İxtisasların, peşələrin siyahısında sürətli seçim etmək üçün ekranda görünən hərflərdən istifadə etmək olar. Hərf səhv yığılarsa, “Sil” düyməsi ilə həmin hərfi silmək olar.
Müvafiq peşə və ixtisas seçildikdən sonra təsdiq düyməsi sıxılır. İxtisas və ya peşə seçildikdən sonra ekrandakı növbəti görüntü onu göstərir ki, indi region seçilməlidir. Region seçimi də ixtisas və peşə seçimi kimi aparılır. Tam seçim aparıldıqdan sonra nəticəni ekrana gətirmək üçün “Axtar” düyməsi sıxılır”.
Qurumdan o da qeyd edilib ki, xidmətin yerinə yetirilməsinə nəzarəti də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti həyata keçirir: “Xidmətin göstərilməsi ilə bağlı yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün əlaqə vasitələrindən istifadə oluna bilər”.
Həqiqət İSABALAYEVA
Elektron xidmət işsizlərin peşə və ixtisaslarına uyğun işlə təmin olunmaq imkanlarını genişləndirəcək
Cəmiyyətin bütün sahələrinə nüfuz edən texnologiyalar tətbiq həlləri ilə bu gün insan əməyini yüngülləşdirməkdə davam edir. Xüsusən də hökumətlər tərəfindən öz vətəndaşlarına göstərilən elektron xidmətlər əvvəllər vaxt aparan, səbir daşdıran bir çox işlərin hazırda daha münasib icrasına şərait yaradıb.Məsələn, Azərbaycanda bu vaxta qədər iş axtarışı üçün ətrafındakı tanışlardan soruşmaqla kifayətlənib, məşğulluq orqanlarına ayaq döyməkdən bezənlər bundan sonra internetə əlçatanlığı təmin edilən istənilən məkanda yeni iş yerləri ilə maraqlana biləcəklər. Təqdim edilən elektron xidmət sayəsində arzulanan peşə və ixtisaslarla bağlı vakansiyalar üzrə məlumat əldə etmək daha asan olacaq.
“ICTnews” elektron xəbər xidmətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, “Məşğulluq orqanları vasitəsilə iş axtarışı” adlanan bu xidmət işsiz və işaxtaran vətəndaşların Məşğulluq Xidməti orqanlarına təqdim olunan boş (vakant) iş yerləri haqqında, eləcə də sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların kvota yerləri üzrə müəyyən edilmiş iş yerləri barədə elektron qaydada və daha rahat şəkildə ətraflı məlumat əldə etməsini nəzərdə tutur.
Yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən bu elektron xidmət qismən avtomatlaşdırılıb: “Vətəndaşlar bu xidmət vasitəsi ilə arzuladıqları region və peşə, eləcə də ixtisas üzrə hazırda mövcud olan vakansiyalar haqqında ən geci 3 dəqiqə ərzində ətraflı məlumat əldə edə bilərlər.
Bu xidmət işsiz və işaxtaran vətəndaşların peşə və ixtisaslarına uyğun, arzuladıqları region üzrə münasib işlə təmin olunmaq imkanlarını genişləndirəcək”. Ödənişsiz həyata keçirilən bu xidmətdən yalnız Azərbaycan vətəndaşları istifadə edə bilər: “Bu sahədə elektron xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəsmi internet saytı olan http://www.ses.gov.az/ üzərindən təqdim edilir”.
Vətəndaşlar tərəfindən vakansiyalar haqqında məlumat əldə etmək üçün heç bir sənəd tələb olunmur və xidmət məhdudiyyətsiz olaraq göstərilir: “Vətəndaşlar başlanğıc səhifədə “İş”, “Region” və “Axtar” düymələrini ekranda görür. İş və region seçilmədən “Axtar” düyməsini basmaq olmaz. Əks halda, ekranda müvafiq görüntü görsənir. İxtisasların, peşələrin siyahısında sürətli seçim etmək üçün ekranda görünən hərflərdən istifadə etmək olar. Hərf səhv yığılarsa, “Sil” düyməsi ilə həmin hərfi silmək olar.
Müvafiq peşə və ixtisas seçildikdən sonra təsdiq düyməsi sıxılır. İxtisas və ya peşə seçildikdən sonra ekrandakı növbəti görüntü onu göstərir ki, indi region seçilməlidir. Region seçimi də ixtisas və peşə seçimi kimi aparılır. Tam seçim aparıldıqdan sonra nəticəni ekrana gətirmək üçün “Axtar” düyməsi sıxılır”.
Qurumdan o da qeyd edilib ki, xidmətin yerinə yetirilməsinə nəzarəti də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti həyata keçirir: “Xidmətin göstərilməsi ilə bağlı yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün əlaqə vasitələrindən istifadə oluna bilər”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 2656
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır