12px13px15px17px
Tarix:09/08/12

“Nar Mobile”-dan olimpiyaçılarımıza uğurlar

“Nar Mobile”, rəsmi kommunikasiya tərəfdaşı olduğu Milli Olimpiya yığmamızın qaliblərini təbrik edir və növbəti yarışlarda iştirak edən idmançılarımıza uğurlar arzu edir.
 
London 2012 Olimpiya Oyunlarında sərbəst güləş üzrə 48 kq kateqoriyasında çıxış edən Mariya Stadnik gümüş medal qazanıb. Bu günə qədər London 2012 Olimpiya Oyunlarında idmançılarımız 4 medal (2 gümüş və 2 bürünc) əldə edib. Qazanılan hər qələbə hər bir azərbaycanlı üçün çox böyük sevinc və fəxr hissi yaradır. “Nar Mobile” mobil operatoru da öz növbəsində bu qələbəyə sevinir, idmançılarımızı və bütün xalqımızı ürəkdən təbrik edir.

Bu günlərdə idmançılarımız boks (91 kq), kanoy, gimnastika, taekvondo və digər idman kateqoriyaları üzrə oyunlarda iştirak edəcəklər. Biz daha çöx nailiyyətlərin əldə olunmasına ümid edirik.

“Nar Mobile”, Olimpiya Oyunlarında iştirak edən növbəti idmançılara uğurlar diləyir və hər zaman onlara dəstək olmağı şirkətin qarşısına qoyduğu vacib bir şərt kimi yanaşır. Biz “Nar Mobile” şirkəti olaraq ölkəmizi təmsil edən hər bir idmançı ilə fəxr edirik.   
 
RƏVAN



Baxış sayı: 1058

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024