12px13px15px17px
Tarix:10/08/12

Dünyada genişzolaqlı internetə giriş sürəti 25 faiz artıb

2012-ci ilin birinci rübünün nəticəsinə görə dünyada genişzolaqlı internetə girişin orta sürəti 2,6 Mbit/s təşkil edib. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çoxdur.

"ICTnews.az" elektron xəbər xidməti "digit.ru" saytına istinadən  bildirir ki, Cənubi Koreyada şəbəkəyə girişin orta sürəti 15,7 Mbit/s təşkil edir. Yaponiya və Honkonq bu göstərici üzrə müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.

"Akamai"-nin statistikasına görə, şirkətin reytinqinə daxil edilmiş ölkələrin 10 faizində şəbəkəyə giriş sürəti 10 Mbit/s və daha yuxarıdır. Bütövlükdə, son il ərzində 125 ölkədə internetə girişin orta sürəti artıb və yalnız 10 ölkədə azalıb.





EMİL




Baxış sayı: 1423

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024