12px13px15px17px
Tarix:10/08/12

“EPEG” layihəsi üzrə işlər uğurla davam etdirilir

“Avropa-Yaxın Şərq informasiya magistralı”  (EPEG - “Europe Persia Express Gateway”) layihəsinə başlanılıb və işlər uğurla davam etdirilir. Hazırda İran tərəfində bir qədər problemlər var. Yəqin ki, bu layihə ilə bağlı İran tərəfindən də işə başlanılacaq».

Bu fikirləri “ICTnews” elektron xəbər xidmətinə «DELTA Telekom» LTD-nin baş direktoru Ramazan Vəliyev söyləyib. R.Vəliyev onu da əlavə edib ki, hazırda həm paytaxt daxilində, həm də rayonlarda optik xətlər çəkilir. Onun sözlərinə görə, optik kabellər abunəçilərin istəyi ilə ümumi şəbəkəyə qoşulmaq üçün çəkilir: «Yay  fəsli olmasına baxmayaraq işlər uğurla davam etdirilir».







SEYMUR




Baxış sayı: 1687

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024