Tarix:11/08/12
İclasda çempionat keçiriləcək “Tofiq Bəhramov”, “Şəfa”, “Dalğa”, 8-ci KM, Bayıl və Lənkəran stadionlarında, AFFA və FİFA-nın baş ofislərində və çempionatla əlaqədar olan mərkəzlərdə müasir standartlara cavab verən telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin təşkili barədə məlumat verilib.
Çempionatın final mərhələsinin keçirilməsinə tələb olunan telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinə, həmçinin radio-televiziya yayımına olan tələblərin bir daha dəqiqləşdirilməsi zəruri hesab edilib. Çempionatın keçiriləcək müddətdə stadionların və digər zəruri ofis və mərkəzlərin stasionar və mobil (o cümlədən 3 və 4G) telefon, simli və simsiz internet, İSDN xidmətlərin təşkili üçün ən müasir avadanlıqların istifadəsi barədə aidiyyəti üzrə tapşırıq verilib.
Çempionatın keçiriləcəyi dövrdə mehmanxanalarda, hava limanında və digər zəruri obyektlərdə keyfiyyətli internet xidmətlərinin təmin edilməsinin vacibliyi qeyd edilib. Sonda nazirlikdə yaradılmış “Qərargah”ın fəaliyyətinin gücləndirilməsi, çempionatın keçirilməsinə qalmış vaxtdan səmərəli istifadə olunaraq nəzərdə tutulan tədbirlərin icrası, həmçinin qarşıya çıxan problemlər barədə mütəmadi məruzələr edilməsi ilə bağlı “Qərargah”a, birlik və müəssisələrin rəhbərlərinə, həmçinin özəl operatorlara müvafiq tapşırıqlar verilib.
Azərbaycanda keçiriləcək futbol üzrə Dünya çempionatının telekommunikasiya xidmətləri ilə təminatı müzakirə olunub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində nazir Əli Abbasovun rəhbərliyi ilə 22 sentyabr-13 oktyabr 2012-ci il tarixlərində Bakı və Lənkəran şəhərlərində keçiriləcək 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə Dünya çempionatının final mərhələsinin telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin, radio-televiziya verilişlərinin yayımının dayanıqlı işinin təmin olunması istiqamətində görülən işlərlə bağlı iclas keçirilib.İclasda çempionat keçiriləcək “Tofiq Bəhramov”, “Şəfa”, “Dalğa”, 8-ci KM, Bayıl və Lənkəran stadionlarında, AFFA və FİFA-nın baş ofislərində və çempionatla əlaqədar olan mərkəzlərdə müasir standartlara cavab verən telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin təşkili barədə məlumat verilib.
Çempionatın final mərhələsinin keçirilməsinə tələb olunan telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinə, həmçinin radio-televiziya yayımına olan tələblərin bir daha dəqiqləşdirilməsi zəruri hesab edilib. Çempionatın keçiriləcək müddətdə stadionların və digər zəruri ofis və mərkəzlərin stasionar və mobil (o cümlədən 3 və 4G) telefon, simli və simsiz internet, İSDN xidmətlərin təşkili üçün ən müasir avadanlıqların istifadəsi barədə aidiyyəti üzrə tapşırıq verilib.
Çempionatın keçiriləcəyi dövrdə mehmanxanalarda, hava limanında və digər zəruri obyektlərdə keyfiyyətli internet xidmətlərinin təmin edilməsinin vacibliyi qeyd edilib. Sonda nazirlikdə yaradılmış “Qərargah”ın fəaliyyətinin gücləndirilməsi, çempionatın keçirilməsinə qalmış vaxtdan səmərəli istifadə olunaraq nəzərdə tutulan tədbirlərin icrası, həmçinin qarşıya çıxan problemlər barədə mütəmadi məruzələr edilməsi ilə bağlı “Qərargah”a, birlik və müəssisələrin rəhbərlərinə, həmçinin özəl operatorlara müvafiq tapşırıqlar verilib.
Baxış sayı: 876
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı