12px13px15px17px
Tarix:14/08/12

Maliyyə Nazirliyi kompyuter avadanlıqlarının və proqram təminatının satın alınması məqsədilə tender elan edir

Maliyyə Nazirliyi və Dövlət Xəzinədarlıq Agentliyi üçün şəbəkə, kompyuter avadanlıqlarının və proqram təminatının satın alınması məqsədilə tender elan edir.

"ICTnews" elektron xəbər xidməti adıçəkilən nazirliyin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, açıq tenderə razılaşdırılmış müddətdə və təqdim olunan texniki şərtlərə uyğun DDP Bakı (daşınma və sığorta xərclərini son təyinat yerinədək ödəmək) şərti ilə, Maliyyə Nazirliyi və Dövlət Xəzinədarlıq Agentliyi üçün şəbəkə, kompyuter avadanlıqlarının və proqram təminatının təchiz olunması təklif olunur.

Tender 3 (üç) lot üzrə keçirilir.

Lot-1. Maliyyə Nazirliyinin daxili kommunikasiya sistemi və rəqəmsal ATS üçün proqram təminatının və şəbəkə avadanlıqlarının alınması.

Lot-2. Maliyyə Nazirliyinin aparatı üçün kompyuter avadanlıqlarının və lisenziyalı əməliyyat sistemlərinin alınması.

Lot-3. Maliyyə Nazirliyi və Dövlət Xəzinədarlıq Agentliyi arasında mövcud olan kommunikasiya sistemi üçün şəbəkə avadanlıqlarının alınması və quraşdırılması.

2. Tender proseduru 2012-ci il oktyabr ayının 12-də saat 11:00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin V mərtəbəsində, otaq № 513-də keçiriləcək.

3. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

3.1. Tenderdə iştirak etmək üçün ərizə;

3.2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).

4. Tender təklifləri 2012-ci il oktyabr ayının 11-də saat 10:00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinə təqdim olunmalıdır.

4.1. İstehsal şəraiti və məhsulları (xidmətləri) beynəlxalq standartların tələblərinə cavab verən, şəbəkə, kompyuter avadanlıqlarının və proqram təminatının təchizində və satın alınmasında (və ya buna oxşar sahəsində) peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi-texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməzlər;

4.2. Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməlidir;


4.3. Təklif olunan məhsul beynəlxalq standartların tələblərinə cavab verən müvafiq sertifikatlara malik olmalıdır;

4.4. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.

5. İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları bildirməlidir:

5.1. İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə;

5.2. İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat;

5.3. İddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.

6. İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir.


7. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin keçirəcəyi tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciət etdikdən və tenderdə iştirak üçün Lot-1 üzrə - 300 manat (üç yüz), Lot-2 üzrə - 100 manat (yüz), Lot-3 üzrə - 300 manat (üç yüz) və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsini nəzərə almaqla bu məbləğlərin ABŞ dollarında ekvivalentini ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər. Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:

Azərbaycan Respublikası Maliyyə Nazirliyi MN DX 1 saylı Xəzinə İdarəsi Hesablaşma hesabı: 33205019449328518204, VÖEN: 17 009 861 81 Bank: Azərbaycan Respublikası Beynəlxalq Bankı Kod: 805722, Müxbir hesabı: 0137010002944 VÖEN 9 900 001 881, S.W.İ.F.T. Bik: İBAZAZ2X

8. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Müasir texnologiyalar və Avtomatlaşdırılmış İdarəetmə sistemləri şöbəsinin baş məsləhətçisi E. Qasımovdur.

Əlavə məlumat almaq üçün 15 avqust 2012-ci il tarixindən 11 oktyabr 2012-ci il tarixinədək, saat 10:00-dan 18:00-dək müraciət etmək olar (fasilə saat 13:00-dan 14:00-dək). Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1022, S.Vurğun küçəsi, 83, IV mərtəbə, 403-cü otaq Telefon: (99412) 404-47-06 Faks: (99412) 404-47-20

9. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuş və ingilis dilinə tərcümə edilmişdir.

10.Tender “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.


SEYMUR



Baxış sayı: 964

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024