Tarix:18/07/11
Nazirin sözlərinə görə, bu tendensiya Azərbaycanda təxminən 6-7 ildir davam edir. Mobil rabitə sektoru üzrə göstərilən xidmətlərin sayında artım müşahidə olunur. Abbasov bildirib ki, nüfuz etmə səviyyəsi təxminən 105 faiz təşkil edib, mobil rabitə tarifləri isə təxminən 30 faiz azaldılıb. Eləcə də istiqamətindən asılı olaraq rouminq qiymətlərinin dəyəri 20-dən 50 faizədək azaldılıb. Həmçinin, nazirlik əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyət monitorinqinin aparılmasına başlayıb.
Onun sözlərinə görə, monitorinqlər əsasən stasionar rabitə sahəsində problemlərin aşkar edilməsi üzrə aparılır. "Monitorinqlərin ilkin nəticələri göstərdi ki, əhaliyə göstərilən xidmətlərin keyfiyyəti kifayət qədər yüksək səviyyədə deyil. Nazirlik onların keyfiyyətinin artırılması üçün xüsusi tədbirlər hazırlayır və həyata keçirir", - nazir deyib.
RİTN-in monitorinqləri xidmətlərin keyfiyyətini artırmağın vacibliyini göstərdi
2011-ci ilin birinci yarısı ərzində Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektorunun gəliri təxminən 15% artıb ki, bu da ümumdünya orta göstəricisini iki dəfə üstələyir. Bu barədə Azərbaycanın Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.Nazirin sözlərinə görə, bu tendensiya Azərbaycanda təxminən 6-7 ildir davam edir. Mobil rabitə sektoru üzrə göstərilən xidmətlərin sayında artım müşahidə olunur. Abbasov bildirib ki, nüfuz etmə səviyyəsi təxminən 105 faiz təşkil edib, mobil rabitə tarifləri isə təxminən 30 faiz azaldılıb. Eləcə də istiqamətindən asılı olaraq rouminq qiymətlərinin dəyəri 20-dən 50 faizədək azaldılıb. Həmçinin, nazirlik əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyət monitorinqinin aparılmasına başlayıb.
Onun sözlərinə görə, monitorinqlər əsasən stasionar rabitə sahəsində problemlərin aşkar edilməsi üzrə aparılır. "Monitorinqlərin ilkin nəticələri göstərdi ki, əhaliyə göstərilən xidmətlərin keyfiyyəti kifayət qədər yüksək səviyyədə deyil. Nazirlik onların keyfiyyətinin artırılması üçün xüsusi tədbirlər hazırlayır və həyata keçirir", - nazir deyib.
Baxış sayı: 1153
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı