12px13px15px17px
Tarix:14/08/12

Rezidenturaya hazırlaşanlar sınaq imtahanları üçün internet vasitəsi ilə qeydiyyatdan keçməlidirlər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya hazırlaşan namizədlərə kömək məqsədilə 25 avqustda baza fənləri üzrə, 26 avqustda isə ixtisas fənlərindən sınaq imtahanları keçirəcək. İmtahanda iştirak etmək istəyən namizədlər artıq internet vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmək üçün istifadə olunan virtual ödəmə kartını TQDK-nın internet saytından, "Azercell" və "Nar Mobile" abunəçiləri 7735 xidmətindən əldə edə bilərlər. "ICTnews" elektron xəbər xidmətinə bu barədə komissiyanın mətbuat xidmətindən məlumat verilib.

TQDK-dan qeyd edilib ki, sınaq imtahanları Bakı şəhərində keçiriləcək: "Sınaq imtahanına gələrkən namizədlər şəxsiyyət vəsiqəsi və "İmtahana buraxılış vərəqəsi"sənədlərini özləri ilə gətirməlidirlər. Başqasının şəxsiyyət vəsiqəsi ilə yazılmış namizədlər imtahan binasına buraxılmayacaqlar! İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır!"

HƏQİQƏT



Baxış sayı: 756

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024