12px13px15px17px
Tarix:15/08/12

“Google” yeni Misir piramidalarını tapmaqda yardımçı olub

Misirdə iki yeni piramida kompleksi aşkar edilib. Britaniyanın "Daily Mail" nəşri bildirib ki, komplekslər amerikalı arxeoloq Ancela Mikol tərəfindən aşkar olunub.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, Ancela Mikola bu kompleksləri evdən çıxmadan, sadəcə, planetə "Google Earth" internet xidməti vasitəsilə baxaraq aşkar edib. Proqram vasitəsilə Yer kürəsi səthinin təsvirinə baxmaq mümkündür.

Arxeoloq Nil çayı hövzəsində iki qəribə təpə qrupu və üçbucaqlı yayla ayırd edib. Hazırda arxeoloq ekspedisiyaya hazırlaşır. "Bu ərazilər, şübhəsiz, sirlərlə doludur və onları yalnız arxeoloji ekspedisiya çərçivəsində araşdırmaq olar" – Mikol bildirib.

Ancelanın sözlərinə görə, müasir texnologiyaların planetin naməlum guşələrini aşkar etmək üçün aparılan işləri əhəmiyyətli dərəcədə sürətləndirməsinə baxmayaraq, arxeologiya əsas olaraq qalır. "Mənim arzum peyk vasitəsilə ötürülən şəkilləri araşdırdığım yerlərdə arxeoloqlarla birgə işləməkdir. Axı aşkar etmək keçmişin sirlərini anlamaq üçün yalnız ilk addımdır" – Mikol izah edib.

Məlumat üçün bildirək ki, Ancela Mikol Şimali Karolina (University of North Carolina at Charlotte) Universitetinin məzunudur və uzun illərdir ki, arxeologiya ilə məşğul olur.

EMİL



Baxış sayı: 813

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024