12px13px15px17px
Tarix:15/08/12

İnternet nəhəngi məşhur aşpazın 100 illik yubileyini qeyd edib

"Google" internet şirkəti məşhur amerikalı baş aşpaz Culiya Çayldın anadan olmasının 100 illiyini bayram loqosu ilə qeyd edib. "ICTnews.az" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, axtarış sisteminin əsas səhifəsindəki loqo qadın-aşpazın təsviri ilə əvəz edilib.

"Google" şirkətinin adının hərfləri müxtəlif yeməklər (şorba, qızardılmış toyuq, bişmiş balıq, desert) şəklində hazırlanıb. Culiya Çayld 1912-ci il avqustun 15-də ABŞ-ın Kaliforniya ştatında doğulub və 2004-cü ildə dünyasını dəyişib.

O, 1948-ci ildə həyat yoldaşı ilə Parisə yola düşüb. Gələcək baş aşpazın fransız mətbəxinə marağı məhz orda yaranıb. Aşpazlıq kurslarında təhsil alan Çayld 1951-ci ildə tərəfdaşları ilə birgə amerikalılar üçün kulinariya məktəbi açıb. O, 10 illik təcrübədən sonra "Fransız mətbəxinin sirlərini öyrənərək" (Mastering the Art of French Cooking-ə) kitabının həmmüəllifi olub.

Bu kitab Amerika aşpazlığında xüsusi inqilab yaradıb. Qeyd edək ki, "Google" şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqosunu bayramlar, həmçinin əlamətdar tarixi hadisələr zamanı dəyişdirir.

EMİL



Baxış sayı: 1843

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024