12px13px15px17px
Tarix:16/08/12

Onlayn videoxidməti Skandinaviyada da fəaliyyətə başlayacaq

İndiyə qədər Şimali və Latın Amerikası, həmçinin Böyük Britaniya və İrlandiya istifadəçiləri üçün əlçatan olan "Netflix" onlayn videoxidməti 2012-ci ilin sonunadək Skandinaviyada da fəaliyyətə başlayacaq.

"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, "Netflix" videoxidməti ABŞ, Kanada, Böyük Britaniya, İrlandiya və Latın Amerikasının 43 ölkəsində məşhur film və teleşouların pullu onlayn yayımını həyata keçirir.

Şirkət ABŞ-da, həmçinin "DVD"-lərin poçtla çatdırılmasını yerinə yetirir. 2012-ci ilin iyuluna olan məlumata əsasən, şirkətin onlayn xidmətinə 27 milyondan çox istifadəçi abunə olub.

Şirkət 2012-ci ilin sonunadək Norveç, Danimarka, İsveç və Finlandiyada videoya axın rejimində baxış xidmətini işə salacaq və "Netflix"-in əhatə dairəsini Avropa bazarında genişləndirəcək. "Netflix"-in xalis mənfəəti 2012-ci ilin ikinci rübündə 91 faiz azalaraq 6.16 milyon dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin analoji dövründə bu göstərici 68 milyon dollara bərabər olmuşdu.

EMİL



Baxış sayı: 712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024