12px13px15px17px
Tarix:17/08/12

Mark Zukerberq kasıblayıb

"Facebook"un baş direktoru Mark Zukerberqin varidatı 600 milyon dollar azalıb. Buna səbəb şirkətin səhmlərinin qiymətinin kəskin aşağı düşməsi olub.

"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, "Bloomberg Billonaires Index"-in məlumatına görə, hazırda 28 yaşlı Mark Zukerberqin varidatı 10,2 milyard dollar dəyərində qiymətləndirilir.

Sosial şəbəkənin təsisçilərinə məxsus olan səhm paketlərinin qiyməti də son üç ay ərzində mühüm dərəcədə azalıb. Məsələn, 133,7 milyon səhmə sahib olan Dastin Moskovis bu müddət ərzində təxminən 2,4 milyard dollar itirib, Eduardo Saverinoya məxsus paketlərin qiyməti isə 960 milyon dollar azalıb.

Sosial şəbəkənin 22 milyon aksiyasına sahib olan Kristofer Hyuz isə təxminən 400 milyon dollar maliyyə itkisi ilə üz-üzə qalıb. Qeyd edək ki, "Facebook" şirkəti "Bloomberg Billonaires Index"-in nəticələri ilə bağlı şərh verməyib.

EMİL



Baxış sayı: 826

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024